Nağd pul kreditləri üzrə ərizəçiyə qarşı olan tələblər.

Nağd istehlak kreditləri təklif edən Banklar son dövrlərdə kifayət qədər aktivləşiblər. Sosial şəbəkələrdə, radiolarda və televiziyada, xəbər saytlarında və s. Bankların kredit şərtlərini və ya hansısa kampaniyasını təbliğ edən şərtlərlə demək olar ki, hər gün qarşılaşırıq. Son dövrlərdə, xüsusilə 2017-ci ilin son aylarından başlayaraq bu aktivliyin səbəbini yəqin ki, ölkədə açılan yeni iş yerlərinin sayı və uzun zamandır sürən böhranın səngiməsi ilə əlaqələndirə bilərik. Artıq Banklardan kredit götürən müştərilərin sayı artmaqdadır. Bankların ilin ilk rübü üzrə açıqladığı maliyyəı göstəricilərinə nəzər saldıqda kredit portfellərinin böyüdüyü və problemli kreditlərin həcminin azaldığını müşahidə edə bilərik. Bu isə bankların kredit reytinqi ilə bağlı müsbət proqnozlar verməyə əsas verir. Mövzumuzdan çox uzaqlaşmadan Sizlərə maraqlı bir araşdırmanı təqdim etmək istərdik. Əvvəldə qeyd etdiyimiz kimi, demək olar ki əksər banklar reklama kifayət qədər önəm verərək öz kredit şərtlərini təbliğ edir. Kimisi faiz və komissiya dərəcələrinin aşağı olmasını, kimisi daha yüksək kredit məbləği və çevik rəsmiləşməni, kimisi isə kreditlərin zaminsiz verilməsini qabardır. Banker.az monitorinq qrupu olaraq bizi bir sual düşündürdü və belə qərara gəldik ki, bu sualın cavabı Sizlər üçün də maraqlı olar. Banklar bu kreditləri KİM-lərə verir??? Bank terminologiyası ilə desək “ərizəçiyə qarşı olan tələblər” nələrdir? Yəqin ki, bir çox müştəri reklamda qeyd edilən şərtləri eşidərək Banklara müraciət etdikdən sonra kredit mütəxəssisi tərəfindən “yox” cavabı alıb. Araşdırma və şəxsi təcrübəmizə əsasən müştərilərə ən çox aşağıdakı səbəblərə görə imtina edilməsinə qənaətinə gəlmişik.

  • İş stajının az olması;
  • Rəsmi gəlirlərin tələblərə uyğun olmaması;
  • Yaş və qeydiyyat tələbinin pozulması;
  • Kredit tarixçəsinin qənaətbəxş olmaması və s.

Yuxarıda qeyd edilən səbəblərdən, kredit tarixçəsi ilə bağlı olan səbəb istisna olmaqla digər tələblər bankların xidmət tarifləri və şərtləri ilə tənzimlənir. Kredit tarixçəsinə olan tələb isə bir çox hallarda fərdi qaydada baxılır və bu bankların “Risk İştahası”na əsasən tənzimlənir. Yəni bir bankda Sizə vaxtilə 30 gün gecikmə etdiyinizə görə imtina edilməsinə baxmayaraq, digər bir bankda 60 gün gecikmə tarixçəsi ilə kredit əldə edə bilərsiniz. Aşağıdakı cədvəldə isə bankın tarifləri ilə tənzimlənən tələblər haqqında məlumatlar əks edilmişdir. Bu tələblər Siz oxucularımıza Banka kredit üçün müraciət etməzdən öncə tələbləri bilməyə və bu tələblərə müvafiq hərəkət etməyə yardımçı olacaq

BankƏrizəçinin yaşıƏrizəçinin iş stajıƏrizəçinin rəsmi gəlirinə olan minimum tələb.Əmək haqqı aldığı Bank
AtabankMin. 18 – Maks. 63Son iş yerində – 6 ay

Ümumi iş stajı – 1 il

300 AZNİstənilən Bank
ASBMin. 18 – Maks. 65Son iş yerində – 6 ay250 AZNYalnız ASB
NBC BankMin. 18 – Maks. 65Son iş yerində – 6 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
YapıKrediBankMin. 20 – Maks. 60Son iş yerində – 12 ay465 AZNİstənilən Bank
TuranbankMin. 20 – Maks. 63Son iş yerində – 12 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
RabitəBankMin. 20 – Maks. 65Son iş yerində – 6 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
Nikoil BankMin. 20 – Maks. Pensiya yaş həddiSon iş yerində – 6 ay150 AZNİstənilən Bank
Bank VTBKişilər : 20 – 65

Qadınlar : 20 – 60.

Son iş yerində – 6 ay

Ümumi iş stajı – 1 il

Fərdi olaraq baxılırİstənilən Bank
KapitalBankMin. 18 – Maks. 70Son iş yerində – 3 ayTələb yoxdurYalnız Kapitalbank
UnibankMin. 20 – Maks. 70Son iş yerində – 6 ay100 AZNİstənilən Bank
ExpressbankMin. 20 – Maks. 65Son iş yerində  – 6 ay (Fasiləsiz iş stajı olduğu halda – 4 ay)*MBNP şərtlərinə əsasənİstənilən Bank
Bank RespublikaKişilər : 21 – 70

Qadınlar : 21 – 67.

Son iş yerində – 6 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
Bank of BakuMin. 20 – Maks. 65Son iş yerində – 3 ayTələb yoxdurİstənilən Bank
Bank BTBMin. 20 – Maks. 65Son iş yerində – 4 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
AzərtürkMin. 21 – Maks. 65Son iş yerində – 3 ay

Ümumi iş stajı – 6 ay

200 AZNİstənilən Bank
AFB BankMin. 18 – Maks. 65Son iş yerində – 6 ay*MBNP şərtlərinə əsasənİstənilən Bank
AccessBankMin. 21 – Maks. 65Son iş yerində – 1 il350 AZNİstənilən Bank

*MBNP şərtlərinə əsasən – Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tövsiyyə edilən DTİ əmsalının tələblərinə əsasən müştərinin bütün öhdəlikləri çıxıldıqdan sonra xalis gəlirin toxunulmaz hissəsi ölkə üzrə yaşayış minimumundan (2018-ci il üzrə 173 AZN təşkil edir) az olmamalıdır. Bu tələbin pozulduğu kreditlər üzrə Banklar əlavə ehtiyyat yaratmalıdır.