10 C
Baku
Tuesday, November 26, 2024

Kredit götürməyə hazırlaşanlara faydalı məsləhətlər

Hazırda kreditlərə böyük tələbatın olduğu bir vaxtda Banker.az saytı tərəfindən oxucularımıza kreditlərdən təhlükəsiz istifadə qaydalarını xatırlatmaq istərdik.

Kredit müqaviləsi imzalayarkən yadda saxlayın ki, bank qarşısında üzərinizə öhdəlik götürürsünüz. Müqavilədə qeyd edilmiş hər bir maddəyə görə (hətta ən kiçik şriftlərlə qeyd edilmişlərə görə) bankla eyni səviyyədə məsuliyyət daşıyırsınız. Müqaviləni və ona əlavə edilmiş digər sənədləri diqqətlə oxuyun.

Krediti əmək haqqını və gəliri əldə etdiyiniz valyuta ilə götürmək lazımdır. Bunu daha sonradan kredit ödəyərkən məzənnə ilə bağlı problemlər və itkilər yaşamamaq üçün etməyiniz məsləhətdir.

Kredit götürməyə hazırlaşanlara verə biləcəyimiz növbəti məsləhət öz kreditiniz və depozitiniz barədə kənar şəxslərə və mümkün qədər heç kəsə məlumat verməməyiniz, bank ilə olan müqaviləni göstərməməyiniz və internetdə məxfi məlumatları paylaşmamağınızdır.

Tutaq ki, krediti əldə etdiniz. Bundan sonra diqqət etməli olduğunuz ikinci cəhət kreditin ödənilməsi tarixidir. Ödəniş gününü unutmamağınız üçün həmin tarixi daim görə biləcəyiniz bir yerə qeyd edin. Yəqin ki, ödəniş gününü unudub daha sonradan cərimə ödəmək istəməzsiniz. Yox əgər kreditin ödənilməsi ilə bağlı hər hansı bir maliyyə çətinliyiniz yaranıbsa ilk olaraq banka müraciət edin və yaranmış vəziyyət ilə bağlı onları xəbərdar edin. Birlikdə çıxış yolu axtarmağınız daha məsləhətdir.

Son xəbərlər
Digər xəbərlər