2 C
Baku
Saturday, December 14, 2024

Kredit ittifaqı adını dəyişib, başqa rayona köçüb

Astarada qeydiyyatda olan “İqtisadi İmkanlar Kredit İttifaqı” MMC rebrendinq edərək, başqa rayona köçüb.

Banker.az xəbər verir ki, kredit ittifaqı adını dəyişərək “Kapital Kredit İttifaqı” MMC kimi fəaliyyət göstərəcək.

Kredit ittifaqı buna qədər Astara rayonu Kijəbə qəzəbəsində fəaliyətdə idi. Təşkilat bundan sonra İmişli şəhəri, 28 May küçəsində qeydiyyata alınacaq.

Kredit ittifaqı 2013-cü ildə dövlət qeydiyyatına alınıb və 4560 manat nizamnamə kapitalına sahibdir.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər