“İnci Kredo” Kredit İttifaqı MMC-nin 5 təsisçisi, kapitallarını geri çəkərək təsisçilikdən çıxıblar.
Banker.az bu barədə kredit ittifaqının açıqlamasına istinadən xəbər verir.
“Ağabalayev Tofiq İsrayıl oğlu, Quliyev Mikayıl Məhəmməd oğlu, Ağayev Nəcmətdin İbrahimxəlil oğlu, Əkbərov Tərlan Osman oğlu, Abdullayev Azər Həsənpaşa oğlu “İnci Kredo” Kredit İttifaqının nizamnamə kapitalında olan məxsus hissəni alaraq təsisçilikdən çıxıblar” deyə məlumatda qeyd edilir.
Bildirək ki, “İnci Kredo” Kredit İttifaqının nizamnamə kapitalı 5 459 manat idi.
Cari ilin yayında Tərlan Osman oğlu Əkbərov 3 mart 2019-cu il tarixli, 1972080003545 saylı, notarial təsdiq edilmiş ərizəyə əsasən kredit ittifaqının nizamnamə kapitalında ona məxsus hissəni alaraq təsisçilikdən çıxmışdı.