24 C
Baku
Sunday, July 14, 2024

Kredit ittifaqları 2023-cü ili də zərərlə başladılar

Azərbaycanın kredit ittifaqları 2023-cü ilin yanvar-mart aylarını, yəni 1-ci rübünü 0.5 mln. manat zərər ediblər.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit ittifaqları ilin ilk rübündə 0.5 mln. manatlıq faiz gəliri, 0.03 mln. manat faiz xərci, 0.2 mln. manat qeyri-faiz gəliri, və 0.3 mln. manat qeyri-faiz xərci çəkmişdir ki, bu da onun 0.4 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir. Ötən ilin eyni dövründə onların əməliyyat mənfəəti 0.6 mln. manat idi.

Lakin, öncəki ildən fərqli olaraq cari ildən aktivlər üzrə mümkün zərərlərə ayırmanı 1.1 mln. manatdan 0.9 mln. manata endiriblər.

Kredit ittifaqlarının əsas fəaliyyət istiqaməti kreditləşmədir. Onlar son bir ildə kredit portfelini 16% azaldaraq 11.3 mln. manata endiriblər. Nəzərə almaq lazımdır ki, öncəki ildə AMB tərəfindən bir neçə Kİ-nin lisenziyası ləğv edilib.

Cəmi aktivlərin həcmi 13.1 mln. manat, cəmi öhdəliklərin həcmi 3.6 mln. manat və cəmi kapitalı həcmi isə 9.5 mln. manat olmuşdur.

 Kredit ittifaqlarının mənfəət və zərər haqqında hesabatı
mln. manatla
Mənfəət və zərər maddələri 31.03.2021 30.06.2021 31.12.2022 31.03.2023
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri 0.5 0.9 1.9 0.5
  a) kreditlər üzrə faizlər 0.5 0.9 1.9 0.5
2. Faizlər və onlara bağlı xərclər 0.01 0.01 0.1 0.03
  a) öhdəliklər üzrə faizlər 0.01 0.01 0.1 0.03
3. Xalis faiz gəliri (zərəri) 0.4 0.9 1.8 0.5
4. Qeyri-faiz gəlirləri 0.2 0.2 0.5 0.2
5. Qeyri-faiz xərcləri 0.2 0.5 1.16 0.3
6. Əməliyyat mənfəəti (zərəri) 0.4 0.6 1.14 0.4
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 1.0 1.1 1.06 0.9
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) -0.6 -0.5 0.08 -0.5
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) 0.0 0.0 0.0 0.0
10. Vergilər ödənilənədək mənfəət (zərər) -0.6 -0.5 0.08 -0.5
11. Mənfəətdən vergilər 0.0 0.0 0.1 0.0
12. Xalis mənfəət (zərər) -0.6 -0.5 -0.02 -0.5
Kredit ittifaqlarının icmal balansı
 mln. manatla 
AKTİVLƏR 31.03.2021 30.09.2021 31.12.2022 31.03.2023
1. Nağd vəsaitlər və muxbir hesablar 0.5 0.5 0.9 0.7
2. Kreditlərin cəmi (ehtiyat çıxılmaqla) 13.5 12.5 11.3 11.3
3. Əsas vəsaitlər (amortizasiya çıxılmaqla) 0.2 0.2 0.2 0.1
4. Hesablanmış faizlər 0.9 0.8 0.9 0.9
5. Digər aktivlər 0.2 0.2 0.1 0.1
6. Cəmi aktivlər 15.3 14.2 13.4 13.1
ÖHDƏLİKLƏR 31.03.2021 30.09.2021 31.12.2022 31.03.2023
1. Alınmış kreditlər 5.6 4.7 3.4 3.2
2. Ödəniləcək faizlər 0.1 0.04 0.1 0.1
3. Digər öhdəliklər 0.2 0.3 0.3 0.3
4. Cəmi öhdəliklər 5.8 5.0 3.8 3.6
KAPİTAL  31.03.2021 30.09.2021 31.12.2022 31.03.2023
5.1. Nizamnamə kapitalı 8.2 7.5 7.6 7.5
5.2. Bölüşdürülməmiş xalis mənfəət 1.3 1.7 2.0 2.0
5.3. Kapital ehtiyatı 0 0 0 0
6. Cəmi kapital 9.5 9.2 9.6 9.5
7. Cəmi öhdəliklər və kapital 15.3 14.2 13.4 13.1
Son xəbərlər
Digər xəbərlər