16 C
Baku
Thursday, April 25, 2024

Kredit ittifaqları bazarda mövqe itirir: Gəlirlər düşür, kredit portfeli kiçilir

2021-ci ildə Azərbaycanda kredit vermə lisenziyası olan kredit ittifaqlarının (Kİ) gəlirləri düşmüş, kredit portfelləri azalmışdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, kredit ittifaqları 2021-ci ildə 1.8 mln. manat faiz gəliri əldə etmişdir. Bu da öncəki ildən 10% azdır.

Kredit ittifaqları 4 min manat cəmi faiz xərci, 500 min manat qeyri-faiz gəliri və 1 mln. manat qeyri-faiz xərci etmiş, nəticədə 1.3 mln. manat əməliyyat mənfəəti olmuşdur.

Kredit ittifaqları 2021-ci il ərzində 1.1 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib.

Digər xərclər və mənfəət vergisindən sonra Kİ-lərin xalis mənfəəti 100 min manat olmuşdur. Bu öncəki ildə 100 min manat xalis zərər idi.

AKTİVLƏRİ KİÇİLİR

2021-ci ilin əvvəli kredit ittifaqları 15.2 mln. manat aktivləri, ilin sonu 14.3 mln. manata düşüb. Aktivlərin əsas hissəsi olan kredit portfelinin 1.1 mln. manat (8.2%) azalaraq 12.2 mln. manata düşüb.

İl ərzində öhdəliklərin həcmi 5.8 mln. manatdan 5 mln. manata düşüb. Bunun da 4.6 mln. manatı Kİ-lərin cəlb etdiyi kreditlərdir – bu bir il öncə 5.7 mln. manat idi.

Kapitalları isə 9.3 mln. manat olmuş, bunun 7.5 mln. manatı nizamnamə kapitalı, 1.8 mln. manatı isə bölüşdürülməmiş mənfəətdir.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Azərbaycanda 43 kredit ittifaqı fəaliyyət göstərir.

 

3131 32131312

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər