5 C
Baku
Monday, February 6, 2023

Kredit ittifaqları böyüyə bilmir, geriləmə davam edir

Azərbaycanda kredit ittifaqları bazarı böyüyə bilmir, kredit bazarında mövqeyini gücləndirə bilmir, üstəlik cari ildə bank və BOKT-lardan fərqli olaraq zərərdən çıxa bilmirlər.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

2022-ci ilin 1 iyul tarixinə onların cəmi aktivlərinin həcmi 14.6 milyon manata düşüb. Bu da illik müqayisədə 1.3 faiz azalmadır.

Əsas fəaliyyət istiqaməti olan kredit portfeli son ildə azalaraq 12.4 milyon manata düşüb. Söhbət burada ehtiyatlar çıxıldıqdan sonra hesablanan kredit aktivlərindən gedir. Ötən ilin analoji dövründə onların 13 mln. manatlıq kredit portfeli mövcud idi. Onların aktivlərində cəmi 1 mln. manatlıq hesablanmış faiz aktivi var.

Kredit ittifaqlarının öhdəlikləri hesabat dövrünə 4.9 mln. manat olmuş, bunun, 4.4 mln. manatı alınmış borclardır. Kapitalı isə 9.7 mln. manat olmaqla (2021: 9.1 mln. idi), bunun da 7.8 mln. manatı nizamnamə kapitalı təşkil edir.

Azərbaycanda kredit ittifaqları və BOKT-lar illərdir ki, banklar kimi bazarda aktivlik göstərə bilmirlər, ümumi kreditləşmədə payları kiçilməkdədir, hətta bu rəqabətlə bağlı bir neçə dəfə AMB də çıxış edib.

Qeyri-bank kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalması ilə bağlı requlyator bildirmişdi.

Fəaliyyət göstərən 99 bank olmayan kredit təşkilatından 14-ü xarici kapitallıdır ki, onların da 11-də xarici kapitalın payı 50%-100% arası təşkil edir.

Kredit təşkilatları ötən yarım ili 100 min manat zərərlə bitiriblər. Düzdür, bu birinci rübə baxanda zərərlərin ikinci rübdə bir qədər azalda biliblər. Onlar ilk rübdə 400 min manat zərər etmişdilər.

Gəlirlərində isə “ətalət” davam edir. Ölkədə bank və BOKT-lar kredit faizlərindən gəlirlərini yüksəltdiyi bir dönəmdə Kİ-lərin gəliri yarım ildə 900 min manatda qalıb.

 

 

Son xəbərlər
Digər xəbərlər
X