8 C
Baku
Thursday, December 12, 2024

Kredit ittifaqları digərləri kimi “ayağa qalxa” bilmir

Azərbaycanda digər kredit təşkilatları xalis mənfəətlə 2023-cü ilin ilk üç rübünü bitirsələr də, kredit ittifaqları (Kİ) zərərdən yaxa qurtara bilmir, əksinə zərər yüksəlir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Kİ-lər 1.5 milyon manat faiz gəliri əldə etməklə 2022-ci ilin eyni dövrünü 7.1% üstələmiş olublar.  Lakin onların digər xərclərinin artması fonunda əməliyyat mənfəəti 17.1% azalmaqla 0.7 milyon manata qədər düşüb.

Kİ-lər ötən ilin ilk üç rübündə 50 min manatlıq zərər etdiyi halda, cari ilin eyni müddətinə bu rəqəm 300 manat ətrafında olub ki, illik 5.4 dəfə artımdır.

Cari ilin ilk üç ayında Azərbaycanda fəaliyyətdə olan digər kredit təşkilatları öncəki illə müqayisədə kifayət qədər yaxşı nəticə əldə ediblər. Banklar cari ilin ilk üç rübündə 832.9 mln. manat, bank olmayan kredit təşkilatları isə 59 milyon manat xalis mənfəət əldə ediblər.

Qeyd edək ki, ölkədə son üç ildə Mərkəzi Bank bir neçə kredit ittifaqının lisenziyasını ləğv edib və bu illər ərzində bazarda hələ ki, yeni Kİ gələ bilməyib. Cari siyahıya görə 40 lisenziyalı Kİ fəaliyyətdədir. Mərkəzi Bankın hesabatlarında qeyri-bank kredit təşkilatlarının ölkənin kreditləşməsində rolunun çox aşağı olduğuna dair bir neçə dəfə şərh verilib.

 

Son xəbərlər
Digər xəbərlər