20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilib

Screen Shot 2021 09 02 at 14.34.20

“Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Banker.az xəbər verir ki, dəyişikliyə əsasən, Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi aparılmalı, o cümlədən kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə (MKR) təqdim etməlidir.

Beləliklə, sözügedən Qanuna edilmiş dəyişikliklə ölkədə fəaliyyət göstərən bütün kredit ittifaqları kredit məlumatlarına çıxış imkanını əldə edəcək, o cümlədən borcalanların kredit qabiliyyətliyini daha düzgün qiymətləndirə biləcək və qərar vermə prosesini daha effektiv təşkil edə biləcək.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər