Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının aktivləri 2024-cü ildə azalsa da, 76 min manat xalis mənfəət əldə ediblər. Halbuki, bu illər idi zərərlə tamamlanırdı və sonuncu ildə – 251 min manat xalis zərər etmişdilər.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.
Vergi ödənişləri də 47 min manatdan 82 min manata qalxıb.
2023-cü ildə kredit ittifaqlarının faiz gəlirləri 1 milyon 971 min manat təşkil etdiyi halda, 2024-cü ildə bu rəqəm 1 milyon 903 min manata enib. Xüsusilə, kreditlər üzrə faiz gəlirləri də azalma nümayiş etdirərək 2 milyon manatdan 1 milyon 903 min manata düşüb. Bununla yanaşı, faiz xərcləri isə 67 min manatdan 82 min manata yüksəlib.
2024-cü ildə 1,821 min manata geriləyib. Qeyri-faiz gəlirləri də ötən illə müqayisədə 320 min manatdan 289 min manata qədər azalıb. Bununla yanaşı, qeyri-faiz xərclərində də azalma müşahidə olunur – 1,210 min manatdan 1,181 min manata düşüb.
Kredit ittifaqlarının əməliyyat mənfəəti 2023-cü ildə 1,014 min manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 929 min manata enib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlara ayrılan vəsait isə 1,218 min manatdan 770 min manata qədər azalıb.
1 yanvar 2025-ci il tarixinə Kİ-lərin bölüşdürülməmiş mənfəətinin həcmi 2.7 milyon manat təşkil edib.
Azərbaycanda kredit ittifaqlarının icmal balansına əsasən, 2024-cü ildə ümumi aktivlər 13 milyon manatdan 12,6 milyon manata enib. Kredit portfeli 11 milyon manatdan 10,6 milyon manata düşüb.
Öhdəliklərdə də azalma müşahidə olunur – alınmış kreditlər 3,2 milyon manatdan 2,4 milyon manata qədər azalıb. Bununla yanaşı, bölüşdürülməmiş mənfəət artaraq 1,7 milyon manatdan 2,7 milyon manata yüksəlib.
Kapital göstəriciləri isə müsbət dinamika nümayiş etdirir – cəmi kapital 9,5 milyon manatdan 9,8 milyon manata çatıb. Bu nəticələr kredit ittifaqlarının maliyyə dayanıqlığını gücləndirdiyini göstərir.
| min manatla | ||
| Mənfəət və zərər maddələri | 31.12.2023 | 31.12.2024 |
| 1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 1,971 | 1,903 |
| a) kreditlər üzrə faizlər | 2,000 | 1,903 |
| 2. Faizlər və onlara bağlı xərclər | 67 | 82 |
| a) öhdəliklər üzrə faizlər | 100 | 82 |
| 3. Xalis faiz gəliri (zərəri) | 1,904 | 1,821 |
| 4. Qeyri-faiz gəlirləri | 320 | 289 |
| 5. Qeyri-faiz xərcləri | 1,210 | 1,181 |
| 6. Əməliyyat mənfəəti (zərəri) | 1,014 | 929 |
| 7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 1,218 | 770 |
| 8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) | (204) | 159 |
| 9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) | – | – |
| 10. Vergilər ödənilənədək mənfəət (zərər) | (204) | 159 |
| 11. Mənfəətdən vergilər | 47 | 82 |
| 12. Xalis mənfəət (zərər) | (251) | 76 |
| Kredit ittifaqlarının icmal balansı | ||
| mln. manatla | ||
| AKTİVLƏR | 31.12.2023 | 31.12.2024 |
| 1. Nağd vəsaitlər və muxbir hesablar | 0.7 | 0.7 |
| 2. Kreditlərin cəmi (ehtiyat çıxılmaqla) | 11.0 | 10.6 |
| 3. Əsas vəsaitlər (amortizasiya çıxılmaqla) | 0.1 | 0.1 |
| 4. Hesablanmış faizlər | 1.0 | 1.0 |
| 5. Digər aktivlər | 0.1 | 0.1 |
| 6. Cəmi aktivlər | 13.0 | 12.6 |
| ÖHDƏLİKLƏR | 31.12.2023 | 31.12.2024 |
| 1. Alınmış kreditlər | 3.2 | 2.4 |
| 2. Ödəniləcək faizlər | 0.1 | 0.1 |
| 3. Digər öhdəliklər | 0.2 | 0.3 |
| 4. Cəmi öhdəliklər | 3.5 | 2.8 |
| KAPİTAL | 31.12.2023 | 31.12.2024 |
| 5.1. Nizamnamə kapitalı | 7.8 | 7.1 |
| 5.2. Bölüşdürülməmiş xalis mənfəət | 1.7 | 2.7 |
| 5.3. Kapital ehtiyatı | 0 | 0 |
| 6. Cəmi kapital | 9.5 | 9.8 |
| 7. Cəmi öhdəliklər və kapital | 13.0 | 12.6 |






