26 C
Baku
Saturday, July 27, 2024

Kredit ittifaqları ötən ili zərərlə başa vurublar

Azərbaycanda kredit ittifaqları 2019-cu ili 0,7 milyon manat xalis zərərlə başa vurub.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

2019-cu ilin dekabrında kredit ittifaqlarının cəmi aktivləri 16,6 milyon manat olub ki, onun 14,9 milyon manatı müştərilərə verilmiş kreditlərdir.

Kredit ittifaqlarının 2019-cu ildə öhdəlikləri 6,5 milyon manat, balans kapitalı isə 10,1 milyon manat olub.

Dekabr ayında kredit ittifaqlarının xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat, mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər