5 C
Baku
Saturday, December 14, 2024

Kredit ittifaqları sektoru ayağa qalxa bilmir, “stress” davam edir – İlk yarımili ₼405 min zərərlə bitiriblər

Azərbaycanın kredit ittifaqları 2023-cü ilin ilk iki rübü (ilk yarı) 405 min manat zərər ediblər və bu 2022-ci illə müqayisədə zərərin 4 dəfə artım deməkdir. Banker.az bunu Azərbaycan Mərkəzi Bankının son statistik rəqəmlərinə istinadən bildirilir.

Hesabatda qeyd edilir ki, BOKT-lərin faiz gəlirləri ilk yarıda illik müqayisədə 8 faiz artaraq 971 min manat, faiz xərcləri 5% azalmaqla 38 min manat olduğu halda, qeyri-faiz gəlirləri 35% azalaraq 195 min manata və qeyri-faiz xərcləri isə 2.83% artaraq 617 min manata yüksəlib.

Kredit ittifaqlarının əməliyyat mənfəəti illik 15% azalaraq 511 min manat təşkil edib.

Kİ-lərin balansında hazırda 1.9 mln. manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Kredit təşkilatları 2022-ci ilin eyni dövrü ilə müqayisədə kredit portfelini 10% azaldıblar və bu rəqəm 11.1 mln. manata düşüb. Nəticədə aktivlər də 10% azalmaqla 13.1 mln. manata düşüb.

Mənfəət/zərər, mln. manatla:

Mənfəət və zərər maddələri 30.06.2022 31.12.2022 30.06.2023
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri 0.900 1.900 0.971
  a) kreditlər üzrə faizlər 0.900 1.900 1.000
2. Faizlər və onlara bağlı xərclər 0.040 0.100 0.038
  a) öhdəliklər üzrə faizlər 0.040 0.100 0.040
3. Xalis faiz gəliri (zərəri) 0.900 1.800 0.933
4. Qeyri-faiz gəlirləri 0.300 0.500 0.195
5. Qeyri-faiz xərcləri 0.600 1.160 0.617
6. Əməliyyat mənfəəti (zərəri) 0.600 1.140 0.511
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) 0.700 1.060 0.906
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) -0.100 0.080 -0.395
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc) 0.000 0.000 0.000
10. Vergilər ödənilənədək mənfəət (zərər) -0.100 0.080 -0.395
11. Mənfəətdən vergilər 0.020 0.100 0.010
12. Xalis mənfəət (zərər) -0.100 -0.020 -0.405

 

Balans, mln. manatla

AKTİVLƏR 30.06.2022 31.12.2022 30.06.2023
1. Nağd vəsaitlər və muxbir hesablar 0.9 0.9 0.8
2. Kreditlərin cəmi (ehtiyat çıxılmaqla) 12.4 11.3 11.1
3. Əsas vəsaitlər (amortizasiya çıxılmaqla) 0.2 0.2 0.2
4. Hesablanmış faizlər 1.0 0.9 0.9
5. Digər aktivlər 0.1 0.1 0.1
6. Cəmi aktivlər 14.6 13.4 13.1
ÖHDƏLİKLƏR 30.06.2022 31.12.2022 30.06.2023
1. Alınmış kreditlər 4.4 3.4 3.3
2. Ödəniləcək faizlər 0.1 0.1 0.1
3. Digər öhdəliklər 0.4 0.3 0.3
4. Cəmi öhdəliklər 4.9 3.8 3.6
KAPİTAL 30.06.2022 31.12.2022 30.06.2023
5.1. Nizamnamə kapitalı 7.8 7.6 7.6
5.2. Bölüşdürülməmiş xalis mənfəət 1.9 2.0 1.9
5.3. Kapital ehtiyatı 0 0 0
6. Cəmi kapital 9.7 9.6 9.5
7. Cəmi öhdəliklər və kapital 14.6 13.4 13.1

 

 

Son xəbərlər
Digər xəbərlər