8 C
Baku
Thursday, December 12, 2024

Kredit ittifaqları üçün 2016-cı ilin ən yaxşı marketinq qərarları

Hər il ABŞ-ın Kredit ittifaqlarının milli assosiasiyası (CUNA) onun tərkibinə daxil olan maliyyə təşkilatlarının marketinq cəhdlərini qiymətləndirir. The Financial Brand nəşri isə CUNA Diamond Award mükafatına laureat olan qaliblərin seçməsini təqdim edir.

Listerhill Credit Union — Qayçılar. Müştərinin debet və yaxud kredit kartının dəyişmək zamanı çatdıqda əksər maliyyə təşkilatları nə edir? Bəli, müştəriyə yeni kartın dizaynı ilə bağlı uzun və cansıxıcı məktub ünvanlayırlar. Lakin Listerhill ittifaqının nümayəndələri müştəri üçün yeni kart buraxdıqda müştəriyə qayçı və köhnə kartın məhv edilməsi üzrə instruksiya göndərirlər.83124 1

83126 2

BECU — Xeyirxah əməllər üçün bağlıdır. BECU kredit təşkilatı özünün 80 illik yubileyini qeyd etmək məqsədilə bütün ofislərini bağlayır, şirkətin əməkdaşları isə məktəblilər üçün könüllülük proqramında iştirak edir. Şirkət bu hadisə haqqında xatirələri qorumaq məqsədilə Instagramda xüsusi səhifə yaratmışdı.

83141 3 4

 

Arrowhead Credit Union — avtomobil kreditləri şəbəkəsinin merçendayzinqi.

Ümumi retro konsepsiya cəlbedici dizaynlı posterlərlə daha da qüvvətləndirilmişdi. 3D-li displey kreativ şəkildə yaradılmışdı və bütün şirkət inanılmaz dərəcədə lokallıq hissi, yerli əraziyə məxsusluq duyğusunu əks etdirirdi. Şirkət cəlbedicilik prosesini sadələşdirir və brendin pozitiv obrazına uyğunlaşır.

83129 5

83130 6

Premier Members Credit Union – Boşluqda + işarəsi.

Bir qayda olaraq, reklam verən şirkət belə bir sual ilə çıxış edir – Şirkətin marketinq kampaniyasını dəstəkləmək üçün hansı unikal və gözlənilməz elementdən istifadə edə bilərik? Premier Members şirkəti bu sualın cavabını tapmağa nail olub. Onlar + işarəsinin cəlbedici görünüşünü yaratmışlar. İnsanlar ilk baxışdan cəlbedici və maraqlı gələn bu reklam materialını əllərinə götürüb yaxından tanış olmaq istəyirlər.

83131 7

83132 8

Arrowhead Credit Union — Kreditin yenidən maliyyələşməsi imkanlarını yoxlayan mikrosayt.

Bu kalkulyator müştəriyə kredit xidmətindən qənaət etməyin mümkün olub-olmadığını anlamağa imkan verir. Müştərinin etməli olduğu tək şey ilk olaraq əlaqə məlumatlarını, daha sonradan sahib olduğu kreditlər haqqında məlumatları, öz bank balansını, faizləri və kreditlər üzrə öddənişləri daxil etməlidir. Sistem daxil edilən məlumatlar əsasında hesablama aparır və Arrowhead-də kreditlərin yenidən maliyyələşməsinə müraciət etməli olub-olmadığını deyir.

83133 9

83134 10

83135 11

Arrowhead Credit Union — Bayram krediti.

Fərdi məktublar müştərilərin ülüktron ünvanlarına göndərilir və məktuba fərdi şərtlərlə təkliflər edilir. Həmçinin müştərinin adına xüsusi olaraq hazırlanmış və dollar ilə məbləğ, müddət və faiz dərəcəsi qeyd olunmuş çek də təklif edilir.

83136 12

Lake Trust Credit Union — İllik hesabat.

Bu kredit ittifaqının üzvlərinə illik göndərilən hesabata qeyri-standart yanaşmadır. Birincisi, bu adi standart qovluq yox, bir neçə dəfə qatlanmış bir vərəqdir, ikincisi, dizayn elementi olaraq tikinti çertyojlarının dilindən istifadə edir.

83137 13

83138 14

Elder Box County Credit Union — Mobil cihazlar üçün sayt.

Bu kredit ittifaqının aktivlərinin həcmi cəmi 100 milyon dollardır. Əgər sizin mobil tətbiqetməniz bu şirkətdə olduğundan daha mükəmməl deyilsə, çox şey itirirsiniz.

83139 15

Gesa Credit Union — Debet kartları.

Bu kredit ittifaqı xidmət göstərdiyi ərazidə yerləşən məktəblərin loqotiplərini özündə əks etdirən plastik kartlar buraxır.

83140 16

 

Son xəbərlər
Digər xəbərlər