3 C
Baku
Saturday, December 14, 2024

Kredit ittifaqları üçün yeni cərimə müəyyənləşib

Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər