Kredit ittifaqları kredit kooperasiyasının xüsusi forması olub, Avropa ölkələrində 19-cu əsrin ortalarından geniş yayılmağa başlamışdır.
Ilk kredit ittifaqının 1844-cü ildə Roçdeyl (İngiltərə) toxuculuq müəssisəsinin işçiləri tərəfindən yaradılması güman edilir. Kooperasiya ideyası 19-cu əsrin 60-ci illərində Almaniyada və Avstriyada Fridrix Rayffayzen və Herman Şulse-Deliç tərəfindən istifadə olunmuşdur, bu da kooperativ hərəkatın formalaşmasında böyük rol oynadı və kredit ittifaqlarının fəaliyyət prinsiplərinin yayılmasına kömək etdi.
Rayffayzen ilk kənd təsərrüfatı kredit kassalarının yaradıcı idi, eyni zamanda onun üzvlərinin maraqları çərçivəsində ticarət fəaliyyəti ilə məşğul olurdu ( əmtəə funksiyalı kredit kooperativləri). Herman Şulse-Deliç in fəaliyyəti hər şeydən öncə kənd təsərrüfatı ilə məşğul olan kiçik sahibkar və sənətkarlara xidmət edən kredit kooperativlərinin yaranması ilə bağlı idi.
20-ci əsrin əvvəllərində kredit ittifaqları Avropanın digər şəhərləri və ABŞ-da da yaranmağa başladı. Bu günlərdə kredit ittifaqları bu ölkələrin sakinləri üçün cəlbedici maliyyə təşkilatıdır. Kredit ittifaqları ABŞ, Kanada, İrlandiya, Avstraliya, Cənubi Koreya və bir sıra digər ölkələrdə daha geniş yayılıb.