25 C
Baku
Sunday, July 21, 2024

Kredit ittifaqlarının zərəri 60% artıb

Azərbaycandakı kredit ittifaqları 2023-cü ilin yanvar-mart aylarını 0.8 milyon manat xalis zərərlə başa vurub. Ötən ilin eyni dövründə 0.5 milyon manat zərər ediblər ki, bu da illik müqayisədə 60% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0.7 milyon manat, xərcləri 0.33 milyon manat təşkil edib.

Bu ilin ilk rübündə kredit ittifaqlarının aktivləri 4% azalaraq 12.6 milyon manat, müştərilərə verilmiş kreditlər 3.5% azalaraq 10.9 milyon manat olub. Kredit ittifaqlarının cəmi öhdəlikləri 3.6 milyon manatdan 3.4 milyon manata, cəmi kapitalı isə 9.5 milyon manatdan 9.2 milyon manata düşüb.

Son xəbərlər
Digər xəbərlər