6 C
Baku
Sunday, December 15, 2024

Plastik kartların sayında böyük artım

2020-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 8 milyon 659 min ədəd təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari ilin may ayı ilə müqayisədə iyunda  cəmi ödəniş kartlarının sayı 193 min ədəd artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu ilin iyun ayında ödəniş kartlarının sayı 24% artıb.

Ötən ayla müqayisədə iyunda sosial kartların sayı 38 min ədəd artaraq 3 milyon 336 min ədəd, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 46 min ədəd artaraq 1 milyon 976 min ədəd, kredit kartlarının sayı 37 min ədəd artaraq 949 min ədəd olub.

İllik müqayisədə isə 2020-ci ilin iyun ayında sosial kartların sayında 732 min ədəd artım, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayında 513 min ədəd artım, kredit kartlarının sayında isə 152 min ədəd artım olub.

Onu da qeyd edək ki, bu artımın  səbəbi 190 manat və bağlanan banklardakı əmanətlərlə bağlı olması ehtimal edilir.
Son xəbərlər
Digər xəbərlər