2 C
Baku
Saturday, December 14, 2024

Kredit kartı sahibləri nədən qorxmalıdırlar?

Hər birimiz nədənsə qorxuruq. Bu tamamilə normal haldır. Digər tərəfdən isə bəzi qorxular əsassız və gülüncdür. Bu qorxular özlüyündə məlumatsızlıqdan yaranır və həyatı güclü şəkildə çətinləşdirir.  Vəziyyət belə olduqda məsələnin real tərəfini aydınlaşdırmaq və şübhələrə son qoymaq lazımdır. Məsələn, bir çox kredit kart sahibləri kartın iş potensialllarından xəbərsiz olduqları üçün ondan tam olaraq istifadə etmir. Beynəlxalq ödəniş sistemləri haqqında kifayət qədər və dolğun məlumata sahib olmamaq kredit kartları haqqında əsassız şayiə və qorxulara səbəb olur. 

Digər tərəfdən, bütün bu qorxuların real əsasları da ola bilər. Lakin bunlara ilişib qalmamaq məsləhətdir, axı hər bir xırdalığa diqqət yetirsək bütün dünyadan qorxmalı olardıq. Həm real, həm də çox ciddi olmayan qorxulardan biri kartın itirilməsi ilə bağlıdır. Kartı həqiqətən ya itirə bilərsiniz, ya da oğurlaya bilərlər. Bu halda fırıldaqçıların pullarınızdan istifadə etməsi halları istisna deyil. Borc məbləğini isə siz ödəməli olacaqsınız.

Bu real olaraq baş verə bilər. Lakin birincisi, pullarınızı kredit kartınız olmadan belə oğurlaya bilərlər. İkincisi isə istədiyiniz anda kredit kartını “blok” edə bilrəsiniz.

Başqa bir qorxu isə kartın şifrəsini unutmaq ilə bağlıdır. Dünya təcrübəsində bir çox banklar sizə verilən şifrəni istənilən digər bir bankomatda dəyişmək imkanı yaradır. Bu zaman daha asan yadda saxlaya biləcəyiniz şifrəni seçə bilərsiniz.

Növbəti bir qorxu isə kartdan əlavə məbləğlərin çıxılması ilə bağlıdır. Bir çox kart sahibləri, ödəniş etdikləri zaman onların kartından lazım olandan daha artıq məbləğin çıxılacağından qorxur. Bu qorxudan qurtulmaq üçün sms vasitəsilə məlumatlandırılma xidmətinə qoşulun. Bununla kartınızdan edilən çıxarışlara nəzarət edə bilərsiniz. Həmçinin ödəniş qəbzlərini də saxlaya bilərsiniz. Hər hansı bir uyğunsuzluq və səhv qeydə aldığınız zaman bu qəbzlər bank qarşısında sizin sübut sənədiniz olacaq. Budur ki, qorxmağa gərək yoxdur. Həyatımız çətinləşsə də, bununla daha rahat, sürətli və asan olur. Kredit kartı isə bunda bizə sadəcə kömək edir.

Son xəbərlər
Digər xəbərlər