Müəyyən limitlər daxilində istifadə etdiyimiz kredit kartları yalnış iştifadə zamanı büdcəmizin çətinləşməsinə səbəb yarada bilər. Hazırda ölkəmizdə minlərlə insanlar kredit kartında olan borclarını geri ödəyə bilməkdə çətinlik çəkirlər. Bəzi insanlar isə maddi vəsaitləri çatmadığına görə borclarını demək ödəmirlər.
Bəs belə bir hal baş verdikdə kredit kartı sahiblərini hansı prosedurlar gözləyir.
Kredit kartına olan borcun ödənişi gecikdikdə zaman nə baş verir?
Adətən bankların kredit kartları üzrə ayırdığı güzəşt müddəti 30-45 gün arasında olur, bu müddət ərzində müştəri kredit borcunu tam bağladıqda heç bir faiz ödəmir, müddət keçdikdə isə artıq faizlər hesablanır. Əlavə olaraq müştəri pulu bankomatdan nağd çıxardıqda buna görə komissiya ödəyir, POS terminallardan ödədikdə isə bank komissiyanı satıcıdan alır.
Əgər həmin müddət bitdikdən sonra kredit kartına olan borcunuzu geri ödəməsəniz, bank sizə xəbərdarlıqlar göndərəcək. Növbəti prosedurlarda isə, borcunuza gecikmə faizləri hesablanmağa başlayacaq. Kredit kartınızdan nağd vəsaitlərin çəkilməsi bağlanılır.
Onu da xatırlatmaq istərdik ki, banklarda kredit kartlarına olan borc ödənmədiyi halda hesablanan faizlər, kredit kartının faizlərindən daha yüksəkdir. Yəni bank gecikmə üzrə faiz tutduğu zaman sizin borcunuz artıq ödənilməsi çətin bir məbləğə çevrilə bilər.
Əgər bu zaman da siz bankın xəbərdarlığına cavab verməsəniz 90 gündən sonra fazilərin hesablanması dayandırıılr və kedit borcunuzu ödəməsəniz, bank artıq kreditin məhkəmə yolu ilə qaytarılması üçün işə başlayacaqdır.
Lakin unutmaq lazım deyil ki, bu tip hallar çox vaxt alış-veriş zamanı, xərclərinə limit qoya bilməyən şəxslərin başına gəlir. İstifadə etdiyiniz kartların zərərli və ya faydalı olması sizin onu necə istifadə etməyinizdən asılıdır. Çox zaman kart haqqında kifayət qədər məlumatı olmayan istifadəçilər bu kimi ciddi problemlərlə qarşılaşır.