Bügünkü günümüzdə kredit kartları kredit məhsullarının ən asan əldə edilən növlərindən biridir. Bir çox banklar kredit kartını online olaraq sifariş etməyi təklif edir və poçt vasitəsilə çatdırır. Digər tərəfdən, kredit kartının asan əldə edilməsi düşünülməmiş xərclərə gətirib çıxarır. Artıq xərclərdən necə qorunmağın və hətta kredit kartlardan necə effektiv istifadə etməyin üsullarını araşdıraq.
Müsbət və mənfi cəhətləri:
Kredit kartından effektiv istifadə etmək rahat maliyyə ehtiyatı yaratmağa imkan verir. Əks təqdirdə plastik kartınız sizi bank qarşısında qorclu edəcək. Bu səbəbdən də bir çox insanlar risk etməkdən çəkinir və kredit kartı əldə etməkdən imtina edir. Bununla da plastik kartın yarada biləcəyi imkan və rahatlıqlardan məhrum olur.
Təcili pula ehtiyacınız olduğu və üzərinizdə nağd pulunuz olmadığı an plastik kartınız sizi bu vəziyyətdən sığortalaya bilər. Kartınız lazımi alış-veriş etmək imkanı yaratmaqla maaşa qədər sizi idarə də edə bilər. Lakin bu zaman bir faktı yadda saxlamaq lazım deyil ki, sonradan bu vəsaitləri geri ödəməli olacaqsınız. Buna görə də, kredit kartınızdan mümkün qədər effektiv istifadə etməyə çalışın.
Bəs kredit kartı ilə necə qənaət etmək olar?
- Məntiqə uyğun limit. Kredit kartınızdakı məbləğ lazımi anda sizi vəziyyətdən çıxaracaq qədər olmalıdır. Kartınızda nə qədər çox pul vəsaiti olarsa, bir o qədər lazımsız xərclərə yol verəcəksiniz.
- Nağdsız ödənişlərə üstünlük verin. Bankomatdan kartınızdakı pul vəsaitlərini nağdlaşdırdıqda komissiya haqqı tutulur. Nağdsız ödənişlər zamanı isə bu komissiya haqları olmur.
- Pul vəsaitlərini tam vaxtında geri qaytarın. Bu kredit reputasiyanızı qorumağa kömək edəcək.
- Hesabınızdakı pullara nəzarət edin. Bunu tək bankın ofisindən deyil, mobil və internet bankçılığı ilə də edə bilrəsiniz. Xərcləriniz haqqında tam məlumata sahib olmaqla ailə büdcənizi daha yaxşı idarə edə bilərsiniz. Bununla həqiqətən də kredit kartına ehtiyacınızın olub-olmadığını da aydınlaşdırmış olarsınız.