Kredit kartlar və elektron hesablaşma haqqında

İqtisadi münasibətlərin yeni formasına keçid bank sisteminin dəyişilməsi və hesablaşmaların yeni proqram formalarının tətbiqinə gətirib çıxartdı. Ilk olaraq banklar bank kartlarını işləyib hazırladılar, hansı ki banklar tərəfindən təklif olunan xidmətlərin spektrini genişlənirdi və bir çox növbəti bank texnologiyalarına təkan oldu. Kredit kart ideyası ilk olaraq 1888-ci ildə çap olunmuş Eduard Bellaminin “Geriyə baxarkən” əsərində irəli sürülmüşdü.

Ilk kredit kart 1914-cü ildə General Petroleum Corporation of California firması tərəfindən buraxılmış və neft məhsullarının ödənilməsini nəzərdə tutmuşdur. Müasir kartların ilkin variantı kimi mehmanxanaların, maqazinlərin və qaz şirkətlərinin kartları hesab oluna bilər, onlar bu biznesə keçən əsrin əvvəlində başlamışdılar. Bu kartlar daimi müştərilərin alış-verişinin uçotu üçün istifadə olunurdu.

1930-cu illərdə avtomobil sənayesinin inkişafı, aviaşirkətlərin və ticarət firmalarının genişlənməsi nəticəsində şirkətin daimi müştəriləri üçün ödənişin vaxtı 30 günə qədər uzadıldı. 1949-cu ildə Diners Club kartlarının meydana gəlməsi ilə universal kredit kartlarının erası başlandı. Lakin Diners Club da bank deyildi. Yalnız 1958-ci ildə ilk dəfə olaraq bank tərəfindən bu kart buraxıldı. Bu, American Express idi. Elə həmin ildə Bank of America və Chase Manhattan Bank kredit kartlarla əməliyyata başladılar. Visa İnternational və MasterCard İnternational banklararası assosiasiyaları dünyanın bütün nöqtələrində əməliyyat aparan transmilli korporasiyaya çevrildilər.

Plastik kart – təyinatından, göstərilən xidmətin növündən, texniki imkanlarından asılı olmayaraq bütün növ kartları ifadə edən ümumiləşdirici termindir.

Bütün plastik kartların ən əsas xüsusiyyəti müxtəlif tətbiqi proqramlarda istifadə oluna biləcək informasiyanın onlarda saxlanılmasıdır. Hesablaşmalar üçün təyin edilmiş kartlar fərdi və korporativ ola bilər. Banklar fərdi kartları ödəmə qabiliyyətli müştərilərinə, bankda hesabı olan şəxslərə, korporativ kartlarısa ödəmə qabiliyyətli hüquqi şəxslərə verirlər. İndividual kartlar standart və “Qızılı” olur. Plastik kartların hamısı eyni ölçüdə olur – 54×86 mm, qalınlığı isə təxminən 1 mm. Plastik kartlar təyinatına görə müxtəlif növlərə bölünür:

Hazırlandığı materiala görə: kağız, plastik, metal (hazırda ən geniş plastik kart yayılıb)

Lazımı informasiyanın karta qeyd olunmasına görə (kart sahibinin adı, kartın nömrəsi, etibarlı olduğu müddət)

  • qrafik təsvirli kartlar
  • ştrix kodlu kartlar
  • maqnit lentində kodirovkası olan kartlar
  • çipli kartlar
  • lazer və ya optik kartlar

1960-ci illərdə nağd pulun çıxarılması mümkün olan avtomatik aparatların kəşfi plastik kartlar biznesində inqilaba səbəb oldu. Kart sahiblərinin belə aparatdan istifadə etmələri üçün kartın arxa tərəfinə maqnit lent yapışdırıldı. Bank kartının maqnit lentində kartın nömrəsi, onun etibarlı olduğu tarix, və kart sahibinin PİN kodu yazılır.

Məqsədinə görə: identifikasiya üçün, diskont, maliyyə əməliyyatları üçün

Emitentə görə:

  • banklar və maliyyə şirkətləri tərəfindən buraxılan bank kartları
  • şirkətin ticarət və ya xidmət şəbəkəsində ödənişlərin aparılması üçün qeyri-maliyyə kommersiya şirkətləri tərəfindən buraxılan fərdi kartlar
  • fəaliyyəti bilavasitə kartların emissiyası və onların istifadəsi üçün infrastrakturun yaradılması ilə bağlı olan təşkilatlar tərəfindən buraxılan kartlar

Müştərilərin kateqoriyalarına görə:

Adi (standart) – sıravi müştəri üçün nəzərdə tutulub. Buna misal olaraq “Classic Visa” və “Mass (Standart) Eurocard/MasterCard” –I göstərmək olar

“Gümüşü” (biznes kart)-müəyyən məqsədlər üçün öz şirkətinin vəsaitlərindən istifadə etməyə hüququ olan işçilər üçün nəzərdə tutulub.

“Qızılı” – xüsusi, daha imkanlı müştərilərə verilir. Bu kartlara American Express Gold Card, Gold Mastercard və VISA VIP aiddir. Qeyd olunmalıdır ki “Qızılı” kartların aşağıdakı üstünlükləri mövcuddur: müştərinin böyük məbləğdə pulsuz sığortalanması, limitsiz kredit, mehmanxana xidmətlərinin sadələşmiş ödənişi (kart sahibinin ödəmə qabiliyyətli olub-olmaması yoxlanılmadan ödənişin aparılması) və s.

Etibarlı olma müddətinə görə: vaxt məhdudiyyətli və məhdudiyyətsiz

Müvafiq hesabın artırılması imkanına görə: hesabın ixtiyari vaxt artırılması, hesabın hər ay artırılması

Plastik kartların ən geniş yayılmış növləri kredit və debet kartlarıdır.

Kredit kartlar pul növü deyil, baxmayaraq ki insanlar çox vaxt onu “plastik pul” adlandırırlar. Kredit kartdan istifadə edən şəxs bir növ borc götürmüş sayılır -nəyisə hazırda alır və sonra ödəməyə razılıq verir. Bir çox banklar kredit kartları hətta daimi olmayan müştərilərinə də verir. Kredit kartı verməzdən qabaq bank müştəridən ərizə blankını doldurmağı tələb edir və müştərinin hesablarını vaxtlı-vaxtında ödəməsi haqda məlumat toplayır. Bəzi hallarda banklar kart sahiblərindən bu xidmətdən istifadəyə görə illik ödəniş tuturlar. Kredit kart sahibinə bankdan kredit şəklində verilən məbləğ miqdarında məhsul və xidmətlər almağa imkan verir.

Debet kartları kredit kartlarına oxşasa da onlar fərqlənirlər. Debet kart vasitəsilə ödəniş edərkən məbləğ birbaşa istifadəçinin hesabından çıxılır. debet kart vasitəsilə həm də bankomatdan nağd pul çıxartmaq olar. Bu kart vasitəsilə kart sahibi hesabındakı puldan sərbəst şəkildə istifadə edə bilər. Bu kart sahibinə hesabındakı məbləğə uyğun olaraq bankomatdan nağd pul götürmək, alış-veriş etmək imkanı verir. Beləliklə debet kartı ilə ödəniş edən zaman müştərinin məbləği ödəyə biləcəyi haqda məlumat almaq üçün banka və ya prosessinq mərkəzinə zəng etmək lazımdır. Bu halda məbləğ ya dərhal hesabdan silinir, ya da çek prosessinq mərkəzinə çatdırılana qədər hesab dondurulur.

Kredit kartların bir klassifikasiyası da onların texnoloji xüsusiyyətləri ilə bağlıdır. Bura maqnit lentli və mikrosxem quraşdırılmış (chip card, smart card) kartlar daxildir. Maqnit lentli kartların tərs üzündə bankomatlardan və elektron terminallardan istifadə zamanı kart sahibinin şəxsiyyətinin identifikasiya edilməsi üçün zəruri məlumatlar yazılmış maqnit lent mövcuddur. Kart uyğun hesablayıcı qurğuya daxil ediləndə sövdələşmənin aparılması üçün razılığın əldə edilməsi məqsədilə kartın sahibi haqda fərdi məlumatlar kommunikasiya şəbəkələri vasitəsilə ötürülür. Lentlərin birində fərdi identifikasiya nömrəsi yazılıb (PİN). Bankomat vasitəsilə əməliyyat aparan zaman kart sahibi xüsusi klaviatura ilə həmin nömrəni daxil edir. Daxil edilən PİN + PVV + PVKindex, terminala qeyd edilmiş TPK il şifrələnib, pinblock əmələ gətirirlər. Sonra o pinblock sistemə göndərilir. Yaranmış pinblock ZMK ilə encrypt host-a göndərilir, host pinblock-u ZPK ilə decrypt edir. Əldə edilən pinblock PVK ilə bir daha decrypt edilir və PVV-nin düzgün olduğu yoxlanılır. PIN, heç bir halda birbaşa yoxlanıla bilməz.. Nömrə PİN – kodla düz gəlməyəndə kart sahibinə nömrəni daxil etməyə ikinci fürsət verilir.

PIN – Personal Identification Number
PVV – Pin Verification Value
TPK – Terminal Pin Key
ZMK – Zone Master Key
ZPK – Zone Private Key
PVK – Pin Verification Key

Mikrosxemli kartlar1974-cü ildə Fransada icad edilmişdir. Smart kartlar maqnit kartlarla müqayisədə 5-7 dəfə baha olurlar. Kartın daxilinə quraşdırılmış mikrosxem (çip) informasiyanın qoruyucusu hesab edilir. Bu informasiya əvvəldən yazılır və hesablaşma aparılan zaman yeniləşə bilər. Bu, kartın funksional imkanlarını genişləndirir və onun etibarlığını yüksəldir. Çipə yazılmış məlumatlar sayəsində hesablaşma bankın kompüter sisteminin mərkəzi prosessoru ilə bilavasitə əlaqə olmadan da aparıla bilər. Bir halda ki bank hesabında olan pulun məbləği kartın yaddaşında yazılıb, avtorizasiyaya ehtiyac olmur. Əgər məbləğ limiti ötərsə onda sadəcə olaraq sövdələşmə reallaşmır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.