Müəllif: Kartlı Ödəmə Sistemləri üzrə Mütəxəsis Anar Quliyev
Kredit Kartın tərifi:
Kredit kartının müxtəlif tərifləri mövcuddur. “Kredit” latın dilində qarşılığı “Credere” sözü olub “kiməsə əminlik və etimad etmək” deməkdir. Kredit kartı çıxardan müəssisə kartı ancaq lazım araşdırmaları edib, kredit alan şəxsin ödəmə gücü və zamanından ödəyə biləcəyinə qənaətinə gəldikdən sonra verdiyi üçün “Əminlik kartı”, “Güvən kartı” terminləri əvəzinə kredit kartı termini ilə ifadə edilməkdədir.
IXX əsrdə ABŞ-da istifadə edilməyə başlayan kredit kartları, fərqli sahələr də fəaliyyət göstərən Ticarət Obyektlərində (mağazalarda) kağız əskinazlar əvəzinə istifadə olunan və müəyyən bir ərazi sərhədi olmayan ödəmə vasitəsidir. Və ya belə bir tərifdə verə bilərik nağd pula ehtiyac olmadan və sonradan hissə-hissə ödəmək şərti ilə edilən alış-verişlərdə istifadə olunan bir vasitədir.
Kredit kartlar tarixi:
Kartlı ödəmə fikri ilk dəfə 1887-ci ildə Edward Bellamy-in “Looking Backward or Life in the Year 2000” adlı elmi kitabında bir fərziyə olaraq qeyd olunmuşdur. Əsərdə 2000-ci illərdə ediləcək alış-verişlərdə ödəmələrin kartlardan qopardılan parçalar (hissələr) vasitəsilə ediləcəyini və bu ödəmələr kart bitənə qədər davam edə biləcəyi fikrini ortaya atmışdır.
Nağd ödəmədən məhsul və xidmətlərin ala bilmə imkanını təmin edən kredit kartları, dünyada ilk bilinən tətbiqi XVIII əsrin sonlarına doğru ABŞ-da başlamışdır. Kredit kartının ana vətəni kimi qələmə verilən ABŞ ilk kredit kartına 1894-cü ildə Hotel Credi Letter Company çıxardılmışdır.
Kredit kart istifadəsini yaymaq məqsədilə 1914-cü ildə ilk dəfə “indi al, sonra ödə” sloqanı ilə çıxan Western Unionun kredit kartı olmuşdur.
Daha sonra 1924-cü ildə General petrolleum Company, ilk petrol kartını çıxarmışdır. Bu böyük tətbiqdən sonra, böyük mağazalar müştərilərinə müştəri hesab nömrələri çap olunduğu metal jetonlar verilmişdir.
Avtomobil yollarının genişlənməsi və yük daşımalarından artması ilə birlikdə benzin şirkətləri (yanacaq doldurma ) müştərilərinə “courtesy card” kimi tanınan kartlar ilə yanacaq doldurma məntəqələrində benzin ala bilmə imkanı təmin olunmuşdur. Kart sahibləri yanacaq doldurma məntəqələrində bu kartlar vasitəsilə istifadə etdikcə qarmaq, kiçik mətbəx əşyaları və s bu kimi əşyalar ala bilmişlərdir. Bu kartların bazara təqdim edən şirkətlərin dövriyyələrinə ciddi sürətdə təsir etmiş və dövriyyələrini artmasına səbəb olmuşdur. Kartlar müəyyən ərazilər ilə əhatələndiyi üçün artıq benzin şirkətləri razılaşaraq bir əyalətində qəbul olunan kartlar digər əyalətlərdə də istifadə olunmağa başlamışdır və beləliklə “3 tərəfli sistemin” təməlləri qoyulmağa başlamışdır. Üç tərəfli sistemin əmələ gəlməsinin ən vacib səbəbi ABŞ-dakı çek sistemin Avropa ölkələri və xüsusilə Almaniyadakı çek sistemi ilə fərqli olmasıdır.
ABŞ-da bank fəaliyyətləri müəyyən ərazi ilə hüdudlandığı üçün, müştərilərin bir bankdan aldığı çekin başqa bir bank və ya müəssisə tərəfindən qəbul edilməsi çox çətin idi. Başqa bir ifadə ilə desək hər hansı bank çekinə sahib müştəri bankdan uzaqlaşdıqca çekin dəyəri də düşməyə başlayır.
1928-ci ildə New York-da First National City Bank-ın ilk istehlak kreditləri bölməsini qurmuş eyni zaman ərzində böyük Ticarət obyektləri (mağazalar) müştərilərinə xərcləmə kartı (Charge card) paylanmağa başlamışlardır.1929-ci ildə böyük dünya böhranı ilə birlikdə kredit kartlarına olan tələbatda daralma müşahidə olunmuşdur.
1931-ci ildə Century Hava yolları müştərilər üçün kupon dəftəri çıxartmağa başlamışdır.
1939-cu ildə Standart Oil İndustry kredit kartı ilə bağlı ilk dəfə marketinq fəaliyyətinə başlayaraq 250.000 ədəd yeni kredit kartı paylanmışdır.
Davamı növbəti məqalədə