13 C
Baku
Friday, May 17, 2024

Kredit kartları olan sərnişinlərə aviabiletlər satılacaq

Kredit kartları ilə bağlı saxtakarlıq faktlarına yol verilməməsi məqsədilə, uçuşa qeydiyyat zamanı hava limanı personalının (və ya rəsmi nümayəndə tərəfindən) tələbi əsasında, aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartı, müvafiq məlumatların yoxlanılması və müqayisəsi üçün, həmin məsul əməkdaşlara təqdim olunmalıdır. Bu barədə Banker.az  Aviaşirkətin rəsmi internet səhifəsinə istinadən xəbər verir.  

Aviaşirkətin rəsmi internet səhifəsi www.azal.az vasitəsilə rəsmiləşdirilmiş aviabiletdə tarixin dəyişdirilməsi və/və ya aviabilet qaytarılması üçün, +99412-598-88-80 telefon nömrəsi və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlanılması xahiş olunur (aviabiletin rəsmiləşdirilməsi zamanı istifadə olunan kredit kartının və pasportun soyad/ad qeyd olunan surətinin əksi elektron ünvanında göndərilməsi şərtilə).

Son xəbərlər
 ⁠
Digər xəbərlər