10 C
Baku
Thursday, December 26, 2024

Kredit kartlarında rekord: sayları 2 milyonu, əməliyyat həcmləri ₼2.6 milyonu keçib

Azərbaycanda kredit kartlarının sayı iyulun 1-nə 2 milyonu keçib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinad edir.

Bildirilir ki, kredit kartları 2023-cü ilin ilk 6 ayı ərzində 197 min və ya 11% artaraq 2 milyon 20 min ədəd təşkil edib.

Ölkədə kredit kartlarının sayındakı yüksəliş onlarla aparılan əməliyyatlara da təsir edir. Məsələn, 2022-ci ilin ilk yarısı kredit kartları ilə 1 mlrd. 916 mln. manatlıq əməliyyat aparılmışdısa, cari ilin analoji dövründə bu rəqəm 2 mlrd. 655 mln. manata yüksəlib.

Bu da onlarla aparılan əməliyyatların illik müqayisədə 739 mln. manat və ya 38.6% artımıdır.

Mərkəzi Bankın digər statistikasına əsasən, fiziki şəxs müştərilərə verilən kreditlərin 907.5 mln. manatı kredit kartları ilə verilib.

ue

Son xəbərlər
Digər xəbərlər