23 C
Baku
Saturday, April 20, 2024

Kredit kartlarının sayında böyük artım

2020-ci ilin mart ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil edib.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, fevral ayının sonu ilə müqayisədə martda cəmi ödəniş kartlarının sayı 23 min ədəd artıb.

Fevral ayı ilə müqayisədə martda sosial kartların sayı 31 min ədəd artaraq 2 milyon 754 min ədədə, əməkhaqqı kartlarının sayı 13 min ədəd azalaraq 2 milyon 334 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 35 min ədəd azalaraq 1 milyon 837 min ədəd, kredit kartlarının sayı isə 40 min ədəd artaraq 930 min ədədə olub. 

Son xəbərlər
Digər xəbərlər