10 C
Baku
Thursday, December 12, 2024

Kredit kartlarının yaranma tarixi

Dəqiq yaranma tarixini, hətta ilini söyləmək belə çox çətindir, çünki ilk kart hesab olunan məhsullar bizim bu gün tanıdığımız kartlardan çox fərqli idi. Onlar dərk etdiyimiz kart çərçivələrinə bir o qədər də uyğun gəlmirlər.

Əvvəlcə kartlar nə plastik deyildi,  nə də banklara aidiyyəti yox idi. Bu kartların məqsədi kart sahibinin bankdan kənar kredit ödəmə qabiliyyətini yoxlamaq idi. 

1914-cü ildə bir sıra müəssisələr və neft şirkətləri özlərinin ən varlı və daimi müştərilərinə xüsusi  kartlar verirdilər ki, bu müştəriləri özlərinə “bağlasınlar”. İlk kartlar kartondan hazırlanırdı, onların üstündəki rekvizitlər ya əllə, ya da basma üsulu ilə yazılırdı. Bu materialın uzunömürlü və davamlı olmaması onu gətirib çıxartdı ki, uzun illər sonra ilk metal kartlar və onun ardınca isə üzərində işləmələr olan ilk plastik kartlar (qabarıq möhürü olan) meydana gəldi.

kart%200001

   kart%200002

“WesternUnionTelegraphCompnay” şirkərinin 1919-cu ildə buraxdığı kredit kartları
Bu kart müstəsna olaraq Amerika Birləşmiş Ştatlarının hökumət nümayəndələrinə verilirdi və o, öz sahiblərinə ABŞ hökumətinin hesabına kreditlə teleqraf göndərmək imkanı verirdi. Kartın arxa hissəsində bu hesaba dair qeyd olurdu- Payment not being required from the sender at the time of transmission”.(1 | 2).

1928-ci ildə Bostonun FarringtonManufakturing kompaniyası tərəfindən ilk metal plastinkalar buraxılmışdı, bunun ardınca isə kartın sahibi haqda və kartın qüvvədə olduğu müddət haqqında məlumatlar kartın plastik üzlüyünün üstündə dərc olunmağa başlamışdır. Kartın üzərinə qabarıq hərf və rəqəmli, həmçinin xüsusi, spesifik simvolların həkk olunması prosesi isə embossing adlanır. Satıcı belə bir plastinkanı imprinter adlanan xüsusi maşının içinə yerləşdirir və kartın üzərində yazılmış rəqəmlər və hərflərin əksləri (izləri) satış çekinin üzərinə düşürdü. Bundan sonra sadəcə satışın məbləğini çekə yazmaq və onu banka göndərmək lazım gəlirdi. Bank da pulu ödəyirdi. Növbəti illərdə isə borcun minimal aylıq ödənişlərlə qaytarılması, möhlət müddəti, gecikdirmə müddəti,  faizsiz kreditləşmə və bir sıra digər maliyyə kredit sxeminin alətləri düşünülərək –yaradıldı.

 “Marshall Fields Credit Card”. Metaldan hazırlanıb, ölçüləri 1/4 x 2 1/2 dyum. Emitent – ”Chicago Credit Plate Service, Inc”.    İmprinter

1936-cı ildə AmericanAirlines, hava daşımaları ilə məşğul olan ən nəhəng kompaniyalardan biri özünün UniversalAirTravelPlan (UATP) adlı kredit sxemini təklif edir. İlk öncə ödənişlərin rəsmiləşməsi üçün müştərilərin depozitləri əsasında kuponlu kitabçalardan istifadə olunurdu, daha sonralar isə bu prosedura bir növ kredit kartları ilə həyata keçirilən əməliyyata oxşar bir prosesə çevrilir.

Mütəxəssislərin əksəriyyəti hesab edir ki, kredit kartlarının başlanğıcı Conn S. Biqqins ilə başlayır, o, Bruklinin Nyu-York rayonunun Milli Bankında istehlak kreditləri üzrə mütəxəssis olmuşdur. 1946-cı ildə Biqqins  “Charge-it” adlı kredit sxemi üzrə iş təşkil edir. Bu sxem yerli dükanlar tərəfindən müştərilərdən xırda alış-verişlər zamanı müxtəlif qəbzlər qəbul edilməsini nəzərdə tuturdu. Alış-veriş həyata keçdikdən sonra dükan qəbzləri banka təhvil verirdi. Bank bu pulları müştərilərin hesablarından ödəyirdi. Fletbuşda ilk dəfə klassik hesablaşma zənciri tərtib edilmişdir ki, indi bu sistem bank kart biznesində mütəmadi olaraq istifadə olunur.

Müasir universal kredit kartının erası isə 1949-cu ildə DinersClub-un təşkili ilə başlayır. A.Blumminqdeyyl, F.Maknemar və R.Sneyder yeni kart növlərinin planını təqdim edirlər. Bu kart tezliklə universal bir alətə çevrilərək, ölkənin istənilən bir yerində alış-veriş etmək imkanı verir, 1951-ci ildə DinersClub-a öz adından və sxemindən Böyük Britaniyada da istifadə etmək üçün lisenziya verirlər.   kart%200007

1oktaybr 1958-ci ildə ilk AmericanExpress kartı buraxılır. Artıq cəmi iki ildən sonra kompaniyanın 32 müəssisəsi və 475000 kart sahibi var idi. 50-ci illərdə  100-dən çox Amerika bankı öz kredit kart proqramlarını işə salmağa başladı. Amma belə güman etmək olar ki, kredit kartlarının inkişaf tarixində prinsipial  dönüş məqamı məhz iki nəhəng bankın bu biznesə qoşulmasından sonra baş verdi: BankofAmerica və ChaseManhattanBank.

ChaseManhattanBank-ın fəaliyyəti yalız zərərlə yekunlaşır, BankofAmerica isə daha çox uğura nail olur. Bu bankın əsas üstünlüyü zəngin müştəri kontingenti olan Kaliforniya ştatında böyük şöbələr şəbəkəsinə malik olmasında idi.

Britaniyanın otel və restoranlar assosiasiyası BHR kredit kartlarını emissiya etməyə başlayır, o bank kartı olmasa da, universal kart hesab oluna bilərdi. 1965-ci ildə bu sistem özünün isveçli rəqibi Rikskort ilə birləşərək (bu şirkətin sahibləri Vallenberqlər idi), mərkəzi qərargahı İsveçdə yerləşən “EurocardInternational” kompaniyasını təsis edirlər.

 kart%200008Kart proqramları böyüdükcə əksər banklar bir problemlə üzləşməyə başladılar: bu da kartlara xidmət göstərilməsi şəbəkəsinin lokal xarakter daşıması idi. Nəhayət 1966-cı ildə BankofAmerica digər banklara da BancAmericacard-ın buraxılmasına lisenziya verməyə başladı, buna cavab olaraq onun bir sıra nəhəng rəqibləri birləşərək Banklar arası Kart Sistemini (InterbankCardAssociation) təsis edirlər. 1969-cu ildə bu assosiasiya qərb ştatlarının banklar assosiasiyası tərəfindən buraxılan “MasterCharge” kartlarına olan hüququ alır. İCA-ya üzv olan əksər banklar “MasterCharge” emissiya etməyə başlayır. “MasterCharge” loqotipinin ölçüsü bütün kartın ölçüsü boyda olur, lakin ”Mastercharge” -”Mastercard”-a çevrildikdən sonra loqotipin ölçüsünün həcmləri kiçilir. Öz növbəsində “BankAmericard”-ı buraxn banklar təkid edirlər ki, proqram BankofAmerica-nın nəzarəti altından çıxarılsın. Beləliklə 1970-ci ildə National BankAmericard Incorporated yaradılmış olur.

Hələ lap başlanğıcdan universal kartlar iki kateqoriyaya bölünürdü: “Səyahət və əyləncə kartları” (TravelandEntertainment – Т&Е) və təmiz bank kartları. Birinci adını çəkdiyimiz DinersClub, AmericanExpress, CarteBlanshe tərəfindən emissiya olunur və ilk növbədə mehmanxana, otel və restoran xərclərinin ödənməsi üçün istifadə olunurdu, yəni bir sözlə bu kartlara əsas üstünlüyü səyahət edən biznesmenlər verirdi.

Digər banklar tərəfindən emissiya edilən kartlar daha çox “istehlakçı” xarakerteri daşıyırdı və bir qayda olaraq adi müştərilər üçün nəzərdə tutulurdu.

1970 ci ildə T&E (səyahət və əyləncə) sferasında AmericanExpress öz rəqiblərini ötüb keçir. Onun kartlarının sayı DinersClub-dan iki dəfə, CarteBlanche-dən dörd dəfə çox olur. Getdikcə isə onların arasında fərqin həcmi daha da artır.

1974-cü ildə İCA Britaniyanın “ExpressCard” sistemi ilə razılıq imzaladıqdan sonra “BankAmericard” ilə olan rəqabət yarışındə kifayət qədər önə sıçrayış edə bildi. “ExpressCard” “EuroCard” assosiasiyasına daxil idi. Beləliklə “EuroCard”-ın “MasterCharge” kartlarını emissiya etmiş Amerikanın Banklar arası kart assosiasiyası ilə əməkdaşlığı yarandı. Bu amil, 1976-cı ildə NationalBankAmericardIncorporated kompaniyasının öz “BankAmericard” kartının adını dəyişərək bu gün hamının tanıdığı VİSA qoymasının əsas səbəblərindən biri oldu. Eyni addımı həmçinin də 1980-ci ildə İCA atmış oldu, o, özünün kartına MasterCard  adını verdi.

Ödəniş sistemləri arasında rəqabət mübarizəsi təkcə Avropada tüğyan etmirdi. Bu həm də Yaponiyada sezilirdi, məsələn, “VISA” və “MasterCard” bu bazarı fəth etmək uğrunda aktiv mübarizə aparsa da, onlar JCB kartları ilə rəqabətdə uduzurdu. Bu kart sahiblərinin ümumi miqdarı 1980-ci ildə Yaponiyada “VISA” və “MasterCard” kart sahiblərinin toplam miqdarından demək olar ki, iki dəfə çox idi. Baxmayaraq ki, Yaponiya kart sənayesinə daha gec başlamışdı, o 1980-ci ildə bütün Avropa ölkələrini geridə qoyaraq, ölkədəki kartların sayına görə ABŞ-dan sonra ikinci yerə çıxdı.

kart%2000051992-ci ilin sonunda EuroCardInternational ilə EuroCheck ödəniş sistemi ilə birləşdi. Yeni kompaniya EuropayInternational adlanmağa başlandı.

Səksəninci illərdə kartlarda rəngli şəkillərin və mətnlərin, 90-cı illərdə həmçinin ağ-qara  fotoların  və ultra bənövşəyi spektrdə qrafik təsvirlərin  çap edilməsi üçün qrafika avadanlıqları, imzaların və barmaq izlərinin şifrələrinin oxunması üçün xüsusi skanerlər meydana çıxdı. Şəkildə siz “MasterCard”-ın ilk holoqramlı kartlardan birinin rəsmini görə bilərsiniz. Maraqlıdır ki, ”Mastercard”-ın özünün rəngli loqotipi kartın əks tərəfində əks olunub. Kartın üz qabığında iri bir holoqram yerləşib.

Həmin andan başlayaraq, indiki ana qədər, VISA və MasterCard ödəniş sistemləri maliyyə əməliyyatları sahəsində əsas dominantlıq edən kompaniyalardır. Onlar bu əməliyyatları bilavasitə kredit kartları vasitəsi ilə həyata keçirirlər. Təbii ki, AmericanExpress –turizm və əyləncə sahəsində liderlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər