Vəzifəyə olan tələblər
– Ali təhsili;
– Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3 (üç) il iş təcrübəsi;
– İdarəetmə və liderlik bacarığı;
– Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
– İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etmək
– İnsan resurslarını idarə etməyi bacarmaq;
– Fərdi və komanda şəklində işləmək;
– Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel).
Əsas vəzifə və öhdəlikləri:
– Filialın yerləşdiyi ərazidə kiçik və orta bizneslə məşğul olan sahibkarları təşkilata cəlb etmək, onların biznes yerlərini ilə yaxından tanış olmaq;
– Filialın kredit portfelinin keyfiyyətini təhlil etmək, filialın maliyyə analizini aparmaq;
– Yerli Kredit Komitəsində iştirak etmək və kredit sənədləri ilə bağlı rəy bildirmək;
– Borcalanların ödənişlərinin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək;
– Problemli kreditlərlə işləmək;Kredit işçilərinin işə qəbulu prosesində bilavasitə iştirak etmək, namizədləri Baş ofisin aidiyyatı departamentinə / bölməsinə təqdim etmək və rəy bildirmək;
– Sınaq müddətini başa vurmuş Kredit işçilərinin işinə nəzarət
– Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və ona nəzarət etmək.
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.