İŞÇININ VƏZIFƏSI:
- Filialın kredit portfelinin keyfiyyətinin təhlili.
- Filialın maliyyə analizinin aparılması.
- Kredit mütəxəssislərinin tərəfindən aparılan biznes təhlillərinin yoxlanılması.
- Kredit portfelinin idarə olunması və nəzarət.
- Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
- Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
- Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
- Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
- Problemli kreditlərlə işin təşkili və koordinasiyası.
- Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi.
TƏLƏBLƏR:
- İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili;
- Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi;
- İdarəetmə təcrübəsi;
- Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
- Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq;
- İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq;
- Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
- Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
- Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun operativ və düzgün qərar vermə bacarığı;
- Microsoft Office proqramlarında işləmə bacarığı
İş şərtləri :
- İş təcrübəsinə uyğun yüksək əmək haqqı
- Fərdi və cəmi kredit portfelinə görə bonus sistemi
- Təlim və inkişaf imkanları
Müraciət üçün, mövzu yerində vakansiyanın adını mütləq qeyd etməklə, CV-lərinizi [email protected] e-mail ünvanına göndərməniz və ya http://www.rabitabank.com/ saytında elektron CV formasını doldurmanız xahiş olunur.