İŞÇININ VƏZIFƏSI:
• Filialın kredit portfelinin keyfiyyətinin təhlili
• Filialın maliyyə analizinin aparılması
• Kredit mütəxəssislərinin tərəfindən aparılan biznes təhlillərinin yoxlanılması
• Kredit portfelinin idarə olunması və nəzarət
• Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
• Müştərilərin ödəniş qabiliyyətinin təhlili
• Borc ödənişlərinin vaxtında icrasına nəzarət
• Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət
• Problemli kreditlərlə işin təşkili və koordinasiyası
• Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
TƏLƏBLƏR:
• İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili
• Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi
• İdarəetmə təcrübəsi
• Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq
• Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq
• İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq
• Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
• Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
• Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun operativ və düzgün qərar vermə bacarığı
• Microsoft Office proqramlarında işləmə bacarığı
İş şərtləri :
• İş təcrübəsinə uyğun yüksək əmək haqqı
• Fərdi və cəmi kredit portfelinə görə bonus sistemi
• Təlim və inkişaf imkanları
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasınıdolduraraq müraciət etmələri xahiş olunur.