9 C
Baku
Thursday, December 12, 2024

Kredit müqaviləsi: “kreditin inkişaf mərhələsi”

Kredit müqaviləsinin imzalanması onun əsas iştirakçıları arasında qarşılıqlı əlaqələrin yaranması ilə müşayiət olunur. Kredit iqtisadi yanaşma olaraq müvəqqəti verilmiş vəsaitlərin rasional istifadəsini nəzərdə tutur.

Kreditin inkişaf mərhələsi bu ardıcıllıqla davam edir: kreditin yerlşdirilməsi; kreditin borcalanlar tərəfindən əldə edilməsi; ondan istifadə edilməsi; resursların azad olunması; müvəqqəti borc alınmış məbləğin qaytarılması; kredit formasında yerləşdirilmiş vəsaitlərin kreditor tərəfindən qəbulu.

Təqdim edilən kredit ilk mərhələdə hər hansı bir tələbin ödənilməsi üçün nəzərdə tutulduğu halda, ikinci mərhələdə isə artıq əldə edilən borc vəsaitlərinin geri qaytarılması prosesi aparıcı mövqeyə keçir.

Kredit iqtisadi kateqoriya kimi hansı formada çıxış etməsindən asılı olmayaraq öz mahiyyətini ifadə edir. Məhsul formasında kreditin təqdim edilməsi onun yalnız pul münasibətləri xüsusiyyətlərinə sahib olduğunu təsdiq etmir. Kredit yalnız kredit münasibətlərinin təşkili formalarından biridir.

Son xəbərlər
Digər xəbərlər