25 C
Baku
Friday, April 19, 2024

Kredit müqaviləsini oxuyarkən nəyə diqqət yetirmək lazımdır

Kredit müqaviləsini əsas nüansları: faiz dərəcələri, komisyon haqlar və tariflər

Bəzən kredit almaq insanlara o qədər çətin gəlir ki, bankla razılığa gəldikdən sonra onlar müqavilə haqqında heç düşünmürlər. Təəssüf ki, əksər həmvətənlərimiz müqaviləyə sadəcə yerinə yetirilməsi vacib olan bir formallıq kimi yanaşır, az qala müqavilələri gözübağlı şəkildə imzalayırlar. Bu təkcə kredit müqavilələri ilə bağlı deyil, qısa şəkildə desək, insanlar pulu almağa o qədər tələsir ki, nəyə imza atdığına diqqət belə yetirmir.

Hazırda bankların aktiv kreditləşmə prosesinə qədəm qoyduğunu nəzərə alsaq, kredit götürmək o qədər də böyük çətinlik törətmir, amma kredit müqaviləsinin hər bir şərtini nəzərdən keçirmək və şərtləri aydın başa düşmək heç də hər kəsin iqtidarında olduğu qabiliyyət deyil, səbəb isə həmvətənlərimizin maliyyə və hüquqi savadlılığın yetərincə olmamasıdır. Nəzərə alsaq ki, bankların təklif etdiyi müqavilə savadlı hüquqşünaslar tərəfindən hazırlanır, onda hər bir xırda fakt, hər detal bank yaxşıca nəzərə alınıb, özü də ki, bu zaman bank öz maraqlarını əsas götürüb.

Nəyə diqqət yetirmək lazımdır:

  • Faiz dərəcələri: biz hamımız bu punkta böyük önəm veririk, axı bu və ya digər bankı seçməyimiz, həmçinin hansı kredit məhsulunu seçməyimizdə kreditin hansı faizlə təklif olunduğu böyük rol oynayır. Amma sən demə məsələ o qədər də asan deyilmiş. İlk öncə ona görə banklar reklam kompaniyalarında nominal (bank) faizini deyil, effektiv faizlərin adı çəkir və müştəriləri cəlb edilər. İkincisi bankalar müştəriyə kredit xərcinin nə qədər olacağını deyəndə komisyon haqları nəzərə almırlar. Hətta praktikada elə hallar olub ki, kredit müqaviləsində göstərilən faiz dərəcəsi ilə annuitet cədvəlin hesablandığı faizlər bir birindən fərqlənib. Məsələn müqavilədə nominal faiz dərəcəsinin 30% olduğu halda, cədvəldə kreditin aylıq ödənişləri 35%-lik qrafik əsasında tərtib edilib. Qeyd edək ki, heç də hər savadsız müştəri bu tip xırdalıqların fərqinə vara bilmir. Kredit götürülməsinə görə ödənilən bir başa komissiya kreditin faizində öz əksini tapmasa da kredit xərclərini nəzərə çarpacaq qədər artırır.
  • Kreditin qaytarılma müddətinin pozulması ilə əlaqədar olaraq, əmlak məsuliyyəti, digər öhdəliklərin pozulması ( “digər öhdəliklər” deyiləndə konkret nəyin nəzərdə tutulmasını araşdırmaq vacibdir – məsələn iş və ya yaşayış yerinin dəyişdirilməsi).
  • Tariflər və digər komissiyalar. Bir çoxları kredit müqaviləsini nəzərdən keçirərkən bu punkta gəlib çıxmırlar, amma çox əbəs yerə. Edilən ödənişlərə nələrin daxil edildiyinə diqqət yetirmək olduqca vacibdir. Bəzən kreditin vaxtından əvvəl ödənilməsinə görə cərimələr nəzərdə tutulur və ya bank müqaviləyə əsasən, kreditin vaxtında əvvəl bağlanmasına icazə vermir, belə olduğu təqdirdə ilk üç və ya altı ayın, altı ay keçdikdən sonra isə növbəti ayın faizlərinin ödənməsi tələbi irəli sürülür.
  • Cərimələr – cərimə faizlərinin nə qədər olunması, cərimələrin necə hesablanması diqqət yetirməli olduğunuz ən vacib məqamdır. Cərimələr əsas gecikdirilən məbləğə hesablanmalıdır (nəzərə almaq lazımdır ki, banklarda faizlər gündəlik əsasla hesablanır). Lakin bəzi banklarda borcun gecikmədə olan əsas məbləğinə deyil, həm də faizlərə cərimə hesablanır. Cərimələrin ümumiyyətlə qalıq məbləğə və kreditin ilkin məbləğinə əsasən hesablandığı hallarda da məlumdur.

Yuxarıda sadalanan nüansları ümumiləşdirərək, sizə sadəcə tövsiyə edirik ki, müqaviləyə imza atmaqdan öncə onu diqqətlə oxuyun, sizə aydın olmayan hər hansı bir punktun kredit mütəxəssisi tərəfindən sizə izah edilməsini xahiş edin. Qaranlıq nüanslar çox olduqda müqaviləni imzalamağa tələsməyin. Aydın olmayan nüanslara öncədən izahat gətirmək daha yaxşıdır, nəinki sonradan gözləmədiyiniz xərclər ilə üz-üzə qalmaq.

Son xəbərlər
Digər xəbərlər