19 C
Baku
Thursday, April 25, 2024

Kredit mütəxəssisi kimdir?

Kredit mütəxəssisi – kreditləşmənin yeni effektiv sxemlərini yaradır, faizləri hesablayır, rəqiblərin bazardakı təkliflərini təhlil edir və s. 

Peşənin xüsusiyyətləri:

Bu peşəni ofis daxili hesab etmək düzgün deyil. Proqramı yaratmaq hələ son deyil, onu həyata keçirmək lazımdır. Məsələn, əgər söhbət hər hansı məhsul kreditindən gedirsə, ilk öncə mağaza və avtosalonlar ilə əlaqələri qaydaya salmaq və onların diqqətini öz təklifinizə yönəltməlisiniz.

Kredit mütəxəssisləri kreditləşmənin müxtəlif istiqamətlərində işləyirlər: bəziləri istehlak kreditləri proqramı üzərində, bəziləri ipoteka, bəziləri isə kiçik biznesin kreditləşməsi istiqamətində işləyir.

İş yeri:

Banklar, lizinq şirkətləri, lombardlar, ticarət təşkilatları və s.

Şəxsi keyfiyyətlər:

Əzm, qayğıkeşlik, analitik təhlil qabiliyyəti, məsuliyyətlilik.

Karyera imkanları:

Karyeranı tez zamanda əldə etmək mümkündür. Banklar tək satıcılar ilə deyil, bank nölmələri və ticarət nöqtələrində kredit inspektorları komandasına rəhbərlik edə biləcək menecerlərlə maraqlanır. Peşənin ən ali vəzifəsi kredit şöbəsinin direktorudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər