11 C
Baku
Monday, November 25, 2024

Kredit nə zaman qazanc gətirə bilər?

Kredit mahiyyət etibarilə – büdcəni ağırlaşdıran və zəncirvari reaksiya ilə növbəti borclar yaradan borc öhdəliyidir. Bu zaman maliyyə vəziyyətini sabitləşdirməyə imkan verməyən sonsuz bir dairə yaranır. Lakin kreditin tək faydalı olmadığı, həm də divident qazandırdığı variantlar da mövcuddur. Nə qədər ziddiyyət olsa da, bu həqiqətən belədir.

Bu və ya digər bank məhsulunun faydalı olub-olmadığını müəyyən etmək kifayət qədər asandır. Bir krediti götürən zaman borcdan imtina etdiyiniz halda ailə büdcənizdəki fayda və gəlir yüksəkdirsə, bunu əminliklə faydalı və lazımlı hesab etmək olar. Kreditin açıq-aydın fayda qazandırdığı bir neçə situasiya mövcuddur.

İpoteka

Fərdi ev almaq üçün pul vəsaitləri toplamaq, hətta ən yüksək gəlirlərə belə çox çətindir. Lakin ailə haradasa yaşamalıdır, xüsusəndə qohumlarla yaşamaq problemli məsələdirsə. Bu zaman seçim etmək lazım gəlir – ya kirayə mənzildə qalmalı, ya da ipoteka krediti götürməlisiniz. Kirayə mənzildə qalaraq, fərdi ev almaq üçün pul toplamaq haradasa mümkün olmayan bir məsələdir. İpoteka da  – uzun maliyyə öhdəliyidir. Lakin bu halda artıq öz mənziliniz üçün pul ödəyirsiniz. Bu səbəndən də, ipotekanı gələcəyə investisiya kimi qəbul etmək olar.

Tikinti krediti

Fərdi evin tikilməsi əhəmiyyətli maliyyə yatırımı tələb edir. Üstəlik də, bu yatırıma zamanla ortaya çıxan xərclər daxil deyil. Buna görə də, prosesin maliyyələşdirilməsi üçün götürülmüş məqsədli krediti də faydalı yatırımlara aid etmək mümkündür.

Biznes kreditləri

Fərdi işin inkişafı – maliyyə rifahının gücləndirilməsidir. Biznes kreditləri öz faydalılığı baxımından bütün digər variantlardan fərqlənir. Banklar məqsədli biznes kreditləri digər istehlak kreditləri kimi asan şərtlərlə təqdim etmir. Bu səbəbdən də, bütün lazımi sənədləri ciddi şəkildə hazırlamaq lazımdır.

Sərmayələşdirmə

Adi istehlak kreditini gəlirli biznesə çevirməyi mümkün edən proqramlar mövcuddur. Kredit vəsaitlərinizin bir hissəsi ilə nəhəng sənaye şirkətlərində dividentlər əldə edə bilərsiniz. Bunlar da öz növbəsində geridə qalan borc öhdəliyinizi ödəməyə və depozitə əlavə pul yatırmağınıza kifayət edəcəklər.

Son xəbərlər
Digər xəbərlər