6 C
Baku
Sunday, December 15, 2024

Kredit: Niyə əvvəl yox idi, indi var? (Homo Sapiens)

Biz artıq pulun ecazkar bir şey olduğunu görmüşük; pul saysız-hesabsız əşyanı əvəz edə bilir və demək olar k, hər şeyi hər şeyə çevirə bilir(əvvəl qeyd etdiyimz kimi). Lakin pulun bu qabiliyyəti müasir dövrdən əvvəl məhdud idi. Əksər hallarda, pul sadəcə o anda mövcud olan əşyaları əvəz edə bilirdi; bu isə artıma ciddi şəkildə maneçilik törədirdi, çünki yeni müəssisiləri maliyyələşdirmək çətinləşirdi.

Bəşəriyyət min illərlə bu cür çətinliklərlə üzləşib və bunun nəticəsində isə, iqtisadiyyat sabit qalıb, inkişaf etməyib. Bu tələdən çıxış yolu –yalnız müasir dövrdə, gələcəyə olan inam üzərində qurulmuş bir sistem ortaya çıxdıqdan sonra tapılmışdır. B sistemdə insanlar xəyali malları,- yəni hal-hazırda mövcud olmayan malları kredit” adlandırılan xüsusi pul növü ilə ifadə etməyə razılaşıblar. Kredit gələcəyin hesabına bu günü inşa etməyə imkan verir və gələcəkdəki resurslarımızı bu günkü resurslardan daha çox olacağı ehtimalına əsaslanır. Gələcəkdəki gəlirlərimizi bugün bir iş görmək üçün istifadə etdikdə, yeni və gözəl imkanlar ortaya çıxa bilər

Əgər kredit bu qədər gözəl bir şeydirsə, niyə daha əvvələr bunu heç kəs düşünməyib? Əlbəttə, düşünüblər. Bu və ya başqa formada kredit razılaşmaları ən azından qədim Şumerdən başlayaraq bütün mədəniyyətlərdə mövcud olub. Əvvəlki dövrdə problem – heç kimin bu fikrə sahib olması və ya bundan necə istifadə etməyi bilməməsi deyildi. Problem onda idi ki, insanlar gələcəyin bu gündən daha yaxşı olacağına inamırdı və buna görə də kredit verməyə istəkli deyildilər. Buna görə də mədəniyyətlərin əksəriyyətində çox pul qazanmağa çalışmaq günah sayılırdı. Buna görə də müasir dövrdən əvvəlki dünyada kredit almaq çox çətin idi və əgər mümkün olurdusa da, kiçik, qisa müddətli və çox yüksək faizli idi.

Kreditlər məhdud olduğundan yeni iş yerləri maliyyələşdirməkdə çətinlik çəkirdi. Yeni iş yerləri çox az olduğu üçün iqtisadiyyat artmırdı, iqtisadiyyat artmadığı üçün də insanlar onun heç vaxt artmayacağını düşünürdü. Əlində sərmayəsi olanlar kredit vermək istəmirdi. Beləliklə təxmin edilən durğunluq həqiqətə çevrilirdi.


– Yuval Noah Harari-nin Homo Sepians kitabından.

Hazırladı: Aliyə Nuruyeva

Son xəbərlər
Digər xəbərlər