Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/ Kreditlərə Nəzarət Şöbəsi/Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi
İş barədə məlumat:
– Kredit portfelinə gündəlik nəzarət prosesinin təşkil edilməsi və onun keyfiyyətli icrasına nəzarət edilməsi;
– Kredit üzrə tələb olunan sənədlərin və verilmiş kreditlərin rəsmiləşdirilməsinin yoxlanılması;
– Prudensial normativ və limitlərə nəzarət;
– Kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılması;
– Kredit portfeli üzrə müvafiq hesabatlar hazırlamaq;
– Kredit portfelinin MKR xidmətinə inteqrasiya olunmasını həyata keçirmək;
– Maliyyə arayışlarının hazırlanması.
Namizədə tələblər:
– Ali təhsil;
– Bank sektorunda kredit sahəsində ən azı 2 il iş təcrübəsi;
– Təhlil etmə və analitik hesabat tərtib etmə bacarığı;
– Layihələrlə iş bacarığı və təcrübəsi;
– Analitik düşüncə;
– Ünsiyyətqurma bacarığı;
– Microsoft Office proqramları üzrə biliklər (Excel mükəmməl səviyyədə);
– Dil bilikləri: Azərbaycan dili (mükəmməl), rus və ingilis dilləri (orta səviyyədə);
– Bankın filiallarına ezamiyyətə getmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 15.03.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi göstərməyiniz xahiş olunur.