10 C
Baku
Thursday, November 14, 2024

Kredit qaydalarının sərtləşdirilməsi maşın bazarına ciddi təsir edib – Ekspert

“Avtomobil bazarındakı vəziyyət qeyri-dinamik həddə çatıb”. Bunu  açıqlamasında Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib.

O bildirib ki, bazarda alıcılıq səviyyəsi xeyli dərəcədə azalıb: “İstər ötən ilin göstəriciləri ilə, istərsə bu ilin əvvəli ilə müqayisədə demək olar ki, bazarda alıcıların sayında kəskin azalmalar var. Bunun səbəblərini manatın devalvasiyası, ötən ildən başlayaraq Azərbaycanda avtomobil bazarına tətbiq olunan standart və digər qaydalarla əlaqələndirmək olar. Bu qaydalar avtomobil bazarına daha çox mənfi təsirini göstərməklə yadda qaldı”.

Ekspertin qənaətinə görə, ötən ilin ilk göstəriciləri idxalın təqribən 40 faizindən artıq azalması ilə müşahidə olunub:

“Bu ilin ötən dövrü ərzində idxalda 60 faizdən artıq azalma müşahidə olunub. Bu, avtomobil bazarındakı vəziyyətin hansı səviyyədə olmasının göstəricisidir. Mərkəzi Bankın kreditlərin verilmə qaydalarını sərtləşdirməsi bazara xeyli dərəcədə təsir göstərib. Təbii ki, nəticə heç də ürəkaçan deyil”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər