26 C
Baku
Tuesday, July 9, 2024

Kredit qoyuluşlarının ən çox artdığı sektor – 1 ayda 100 milyon

Azərbaycanda rabitə və nəqliyyat, energetika sektorlarına verilən kreditər azalarkən, kənd təsərrüfatına, ticarət, xidmət, inşaat sahəsinə verilən kreditlər artıb. 

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin sentyabr ayında kənd təsərrüfatı və emal sektoruna verilən kreditlər 5.7 milyon manat artaraq 563.4 milyon manata çatıb.

Avqust ayının sonu ilə müqayisədə Sentyabrda ticarət və xidmət sektoruna verilən kreditlər 100.5 milyon manat artaraq 2 milyard 495.7 milyon manata, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər 22.7 milyon manat azalaraq 522.7 milyon manata, inşaat və əmlaka verilən kreditlər 0.6 milyon manat artaraq 433.7 milyon manata, nəqliyyat və rabitə sektoruna verilən kreditlər 9.8 milyon manat azalaraq 892 milyon manata, ev əsərrüfatlarına verilən kredilər 120.8milyon manat artaraq 6 milyard 780.4 milyon manata geriləyib.

Sənaye və istehsal sektoruna verilən kreditlər Sentyabrda 5.4 milyon manat azalaraq 1 milyard 189.6 milyon manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər