9 C
Baku
Friday, December 13, 2024

Kredit qrupunun rəhbəri – İcraçı Kredit Agentliyi

Vəzifə: Kredit qrupunun rəhbəri 

Müddət: 25.01.2019-25.02.2019 saat 18:00 qədər.

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına kredit qrupunun rəhbəri vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Bakı, Azərbaycan

1.  İKA-nın Kredit qrupunun rəhbərinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

–  Təşkilat üzrə kreditləşmənin aparılmasını, o cümlədən kreditlərin qiymətləndirilməsini və müvafiq qaydada sənədləşdirilməsini, habelə kredit dosyelərinin tələblərə uyğun saxlanmasını təmin edir;
–  Kredit və borcvermə siyasətləri üzrə təkliflər hazırlayır;
–  Kreditlərin iqtisadi cəhətdən düzgün qiymətləndirilməsini təmin edir;
–  Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına, Milli Banka və tələb olunduğu halda digər müvafiq orqanlara hesabatların hazırlanmasında və göndərilməsində iştirak edir;
–  Kreditlərinin verilməsi üzrə icra təlimatlarının və kredit müqavilələrinin hazırlanmasında iştirak edir.
–  Kreditləşmə ilə bağli bölgələrə ezamiyyəyə gedir;
–  İş planlarını tərtib edir;
–  Kredit öhdəliklərinin vaxtında qaytarılması ilə bağlı tədbirlər görür;
–  Sənədlərin arxivə hazırlanmasını təşkil edir;
–  Monitorinq və risklərin idarəolunması üzrə menecerin kreditlə bağlı verdiyi digər tapşırıqları icra edir.

Müddət

Kredit qrupunun rəhbəri ilə 3 ay sınaq müddətinə müqavilə  imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Kredit qrupunun rəhbəri aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis  bilmək;
b) İqtisadiyyat, maliyyə və kredit  sahəsi üzrə ali təhsil;
c) Kredit, bankçılıq, maliyyə və ya əlaqədar sahədə ixtisaslaşma;
d) Maliyyə və kredit sahəsində azı üç il peşəkar təcrübə;
e) Excel/Word, Access proqramında,  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
f) Ünsiyyət qurmaq, komandada işləmək bacarığı, əməkdaşlar və payçılarla birgə işləmək xüsusiyyətləri;
g) İşlə bağlı ölkə daxilində mütəmadi ezamiyyətlərə getmək;
h) Rus və ingilis dillərini bilənlərə üstünlük verilir.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi “! F,
Xahiş olunur bank sahəsində təcrübəsi olmayan şəxslər müraciət etməsinlər
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03

Son xəbərlər
Digər xəbərlər