5 C
Baku
Friday, February 27, 2026

Kredit Reytinqi Agentliyi AMB-nin nəzarət subyekti olacaq

Azərbaycanda yaradılması planlaşdırılan Kredit Reytinqi Agentliyinin Mərkəzi Bankın (AMB) nəzarət subyekti olması nəzərdə tutulur.

Bunu AMB-nin Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsinin bu il təqdim olunması nəzərdə tutulur: “Aidiyyəti qurumların rəyləri nəzərə alınmaqla layihənin yekun variantının 2026-cı ildə təqdim edilməsi planlaşdırılır”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər