23 C
Baku
Thursday, August 11, 2022

Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Kiçik mütəxəssis, Mütəxəssis, Aparıcı mütəxəssis

Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Kiçik mütəxəssis, Mütəxəssis, Aparıcı mütəxəssis

Ümumi məlumat

Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi Şöbəsində Kiçik mütəxəssis, Mütəxəssis və Aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi, hesabatların hazırlanması;
  • Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
  • Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində iştirak  etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
  • Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Bank əməliyyatları sahəsində mütəxəssis üçün minimum 1 il, aparıcı mütəxəssis üçün isə minimum 2 illik iş təcrübəsi.

 

Son xəbərlər
Oxşar xəbərlər