9 C
Baku
Friday, December 13, 2024

Kredit risklərin idarəedilməsi – müdir -Parabank

Kredit risklərin idarəedilməsi şöbəsi

Vəzifəyə olan tələblər

• Ali riyazi və ya iqtisadi təhsil olması.
• Ehtiyatlılıq qabiliyyəti.
• Analitik düşüncə və əməli nəticə çıxarmaq bacarığı.
• Peşəkarlıq və səriştəlik qabiliyyəti.
• MS Office  proqramlarında işləmək bacarığı.
• Bu sahədə minimum 2 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

• Kredit risklərinin ölçülməsi üçün gündəlik bank əməliyyatları haqda məlumatların yığılması və təhlil edilməsi;
• Kredit risklərinin operativ qiymətləndirilməsi üçün bankın struktur bölmələri tərəfindən təqdim olunmalı məlumatların həcmini  və müddətinin müəyyən edilməsi, zərurətdən asılı olaraq məlumatların həcm və müddətlərində dəyişiklik edilməsi;
• Kredit risklərinin qiymətləndirilməsi və hesabatların hazırlanmasında iştirak edilməsi;
• Zəruri məlumat bazasının yaradılması;
• Departamentin əsasnaməsindən irəli gələn bütün vəzifələrin icrasının təmin edilməsi;
• Departament direktoru tərəfindən departamentin fəailiyyəti ilə əlaqədar ona həvalə olunmuş digər vəzifələrin icra edilməsi.

CV-ləri Kredit risklərin idarəedilməsimüdir mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər