7 C
Baku
Wednesday, December 25, 2024

Kredit Risklərində Vintaj təhlilinin əhəmiyyəti

Verilmiş kreditlərin (müxtəlif meyarlar üzrə: məhsul, valyuta, məbləğ, filial, inspketor və s.) keyfiyyət göstəricisini adekvat şəkildə ölçmək üçün vintaj təhlilindən istifadə edilir. Bu təhlildə hər bir ay üzrə satılmış kreditlərin növbəti hər ayın yekununa keyfiyyət göstəricisi əks edilmişdir. Aşağıda 2015-ci ilin 30 gündən çox gecikmə üzrə vintaj təhlilinə dair nümunə verilmişdir:

ina

 

Cədvəldə yer alan rəqəmlərin izahı belədir: Yan.15 tarixi ərzində verilmiş kreditlərin 30 gündən çox gecikməyə düşməsi Mar.15 tarixinə təsadüf edir. Bu verilmiş kreditlərin 0.51%-i Mar.15, 1.11%-i Apr.15 və 1.81%-i isə May.15 tarixinə 30 gündən çox gecikmədədir. Bu göstəricilər cədvəldə sarı ilə qeyd edilmişdir.

Vintaj təhlili vasitəsilə hər ayın keyfiyyət göstəricisini digər aylarla müqayisə etmək mümkündür. Bununla da hansı ayda satışın keyfiyyətinin aşağı olduğunu müəyyən etmək mümkündür. Aşağıdakı cədvəl və qrafik buna nümunədir:ina2

Vintaj təhlili vasitəsilə inspektorlar, filiallar və məhsullar üzrə “vintaj skorları” tətbiq etmək mümkündür. Bu skorlar vasitəsilə “artıma” doğru gedən inspketorlar, filiallar və məhsullar erkən təyin edilir.

Xatırladaq ki, bu məqalədə INNAB-ın Praktik Risk Menecment kursunda tətbiq olunan Vintaj təhlilinə dair qisa izah verilmişdir. Vintaj təhlilinin baza üzərində qurulması, cədvəllərin müxtəlif meyarlar üzrə avtomatlaşdırılması, nəticələrin təhlil olunması, vintaj göstəriciləri əsasında defolt ehtimallarının və vintaj skorlarının hesablanması Praktik Risk Menecment kursunda tətbiq ediləcəkdir.

Kursun planı ilə bu linkdən tanış ola bilərsiniz

Ətraflı məlumat üçün 012 594 01 94, 050 290 6121 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd edim ki, qeyd edilmiş rəqəmlər xəyali rəqəmlərdir və heç bir reallığa əsaslanmır.

Son xəbərlər
Digər xəbərlər