Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti
Əsas vəzifə və öhdəliklər
- Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
- Kredit risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək
- Kredit riskləri ilə bağlı daxil olan sorğuların cavablandırılması
- Kredit riskləri üzrə hesabatlığın hazırlanması və yenilənməsi prosesində iştirak etmək
Seçim meyarları
- İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
- Əla Azərbaycan dili və İngilis dili bilikləri (Rus dili arzuolunandır)
- MS Office (Word, Excel) ilə işləmək bacarığı
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Yaradıcı və analitik düşüncə tərzi
- Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
- Dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.