“Kredit Servis” bank olmayan kredit təşkilatı MMC 2020-ci ili 94 min manat xalis mənfəət əldə edib.
Banker.az bu barədə Kredit Servis BOKT-un maliyyə hesabatına istinadən xəbər.
Hesabat ilində, “Kredit Servis” BOKT-in mənfəəti 118 min manat olub. Bu mənfəətdən 24 min manat gəlir vergisi ödəyib ki, nəticədə 94 min manat xalis mənfəət əldə etmişdir. Xalis mənfəəti öncəki ildən 42% az olmuşdur.
2020-ci ilin sonuna Kredit Servis BOKT-un aktivləri 7.9% azalmaqla 1 556 min manat olub.
Aktivlərinin 1 337 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə BOKT-un öhdəlikləri 7.3% artaraq 161 min manata çatıb.