“Kredit Servis” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərindən biri payını geri götürüb.
“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bununla da BOKT-un nizamnamə kapitalı 54 520 manat və yaxud 3,6% azalaraq 1 511 734 manatdan 1 457 214 manata düşüb.