15 C
Baku
Sunday, November 24, 2024

Kredit siyasətinin effektivliyi

Əksər iqtisadçılar kredit siyasətini istənilən iqtisadi siyasətin ayrılmaz hissəsi kimi qiymətləndirirlər. Həqiqətən də onun bir sıra üstün cəhətləri mövcuddur.

1.    Sürətlilik və çeviklik, daha doğrusu maliyyə siyasəti ilə müqayisədə pul-kredit siyasəti tez bir zamanda dəyişdirilə bilər. ABŞ-da Federal Ehtiyat Sisteminin açıq bazar üzrə şurası demək olar ki, hər gün qiymətli kağızların alınması və satılması üzrə qərar qəbul edir, bununla da pul təklifi və faiz dərəcələrinə təsir etmiş olur.

2.    Siyasi təzyiqlərdən zəif asılılıq. Məsələn, parlamentdə yeni verginin tətbiq edilməsini və ya mövcud faiz dərəcəsini artırmaq daha çətindir, nəinki mərkəzi bank tərəfindən uçot faiz dərəcəsinin artırılması. Hərçənd hətta ən son halda belə siyasəti amillər öz təsirin göstərir. Bundan əlavə, hətta pul-kredit siyasəti maliyyə siyasətinə nisbətən siyasi münasibətlərdə daha yumşaq və konservartiv təsir bağışlayır. Dövlət xərclərini  dəyişməsi dolayı yolla resursların bölüşdürülməsinə təsir göstərir. Pul-kredit siyasəti isə əksinə, daha “yumşaq” fəaliyyət göstərir, buna görə də siyasi münasibətdə daha qəbul ediləndir.

3.    Monetaristlər arqumentlərlə sübut edirdilər ki, dövriyyədə olan pulun kütləsinin dəyişməsi iqtisadi aktivliyin səviyyəsini müəyyən etməyin ən əsas amilidir, maliyyə siyasəti isə nisbətən qeyri-effektivdir.

Lakin pul-kredit siyasəti müəyyən məhdudiyyətlərdən əziyyət çəkir və reallıqda bir sıra problemlərlə qarşılaşır.

1.    Tsiklik assimetriya, daha doğrusu əgər bahalı pul siyasəti həyata keçirilsə, onda banklar kreditlərin həcmini azaltmaq məcburiyyətində qalacaq, bu da pul təklifini aşağı salmış olacaq. Ucuz pul siyasəti isə kommersiya banklarını lazımi pul ehtiyatları ilə təmin edə bilər, bununla da kredit vermə imkanları artır, lakin ucuz pul siyasəti təminat vermir ki, həqiqətən də kommersiya bankları kredit verəcək və pul kütləsi artmış olacaq. Dərin depressiya zamanı bu tsiklik assimetriya pul-kredit siyasətinin əsas çatışmayan cəhətlərindən biridir. Normal periodlar zamanı əlavə ehtiyatların çoxalması əlavə kredit verilməsinə və bununla da pul təklifinin yüksəlməsinə səbəb olur.

2.    Pulun dövriyyə sürətinin azalması. Pul dövriyyəsi nöqteyi-nəzərindən ümumi xərclər pulun dövriyyə sürətinə vurulmuş pul təklifi  kimi nəzərdən keçirilə bilər. Bununla əlaqədar olaraq, keynsçilər fikirləşirlər ki, pulun dövriyyə sürəti pul təklifinə əks istiqamətdə hərəkət etmək tendensiyasına malikdirlər. İnflyasiya baş verərkən pul kütləsinin MB tərəfindən tənzimləndiyi zaman pulun dövriyyə sürəti artmağa meylli olur. Və əksinə, tənəzzül zamanı pul təklifinin artırılması istiqamətində atılan addımlar dövriyyənin sürəti çox ehtimal ki, aşağı düşəcək.

3.    Investisiyaların təsiri, yəni pul-kredit siyasəti mürəkkəbləşə bilər və hətta investisiyaya tələb əyrisinin mənfi istiqamətdə dəyişməsi nəticəsində müvəqqəti olaraq  sürətini azalda bilər. Məsələn, işgüzar optimistlik, texnoloji proqress və ya gələcəkdə kapital qiymətlərinin qalxması ilə bağlı gözləntilər nəticəsində investisiyalara tələbin artması şəraitdə faiz dərəcələrinin artırılması yolu ilə bankların kredit qabiliyyətliyinin azaldılması siyasəti investisiya xərclərinə zəif təsir göstərə  bilər. Belə olan halda ümumi xərclərin effektiv formada azaldılması üçün pul-kredit siyasəti faiz dərəcələrini çox qaldırmalıdır. Və əksinə, ciddi enmələr sahibkarlığa olan inamı azalda bilər.

Bununla da, iqtisadiyyatın dövlət tənzimlənməsi aləti kimi mərkəzi bank tərəfindən həyata keçirilən kredit siyasətinin zəif və güclü tərəfləri var. Sonuncuların siyahısına kredit siyasətinin məqsədlərinin dilemmasını da aid edirlər. Bu, idarəedici institutlarım eyni zamanda həm pul kütləsini, həm də faiz dərəcəsini tənzimləməsinin qeyri-mümkünlüyü ilə izah olunur. Deyilənlərdən aydın olur ki, ölkədə iqtisadi vəziyyətin stabilləşdirilməsi üçün alətlərdən düzgün istifadə olunması yalnız MB-ın kredit siyasətinin dövlətin daxili işgüzar aktivliyini təsirinin dəqiq şəkildə planlaşdırılması və proqnozlaşdırılması həyata keçirildiyi təqdirdə realdır.

Son xəbərlər
Digər xəbərlər