25 C
Baku
Wednesday, May 29, 2024

Kredit şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi (Göyçay filialı) – XalqBank

Vəzifə: Fəaliyyətə başlaması nəzərdə tutulan “Göyçay ” filialının Kredit şöbəsinin kiçik mütəxəssisi / baş mütəxəssisi

Əmək haqqı: (590 AZN-dən 1370 AZN-dək )

Qeyd: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (390 AZN) ödənilməklə stajçi mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Göyçay

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:

İŞİN TƏSVİRİ:

• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına nəzarət;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail:  [email protected]

Telefon: (012) 404 43 39

Faks:  (012) 404 43 34

Son xəbərlər
 ⁠
Digər xəbərlər