17 C
Baku
Cümə, Oktyabr 15, 2021

Kredit Təşkilatı işçilər yığır – filiallara

Screen Shot 2021 09 02 at 14.34.20

1. Kredit  Təşkilatı  yeni açılacaq olan Beyləqan və Şirvan filiaları  üçün “Filial Müdiri” vakansiyası elan edir.

Müdir üçün Tələblər :

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.


2.Kredit təşkilatı yeni açılacaq Beyləqan və Şirvan filialları üçün: “Kredit işçisi” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər

  • Yaş həddi: 21-30 yaş
  • Cins: fərq etməz
  • Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
  • İş təcrübəsi: Arzu olunandı
  • Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə,  Rus dili biliyi arzu olunandı
  • Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
  • Bacarıqlar: Analitik düşünmə qabiliyyəti,  təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini  həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
  • Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı – Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər