3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Kredit təşkilatı Mərkəzi Bankdan borc alıb, yerli bankların kreditlərini “bağlayır”

Gürcüstan kapitallı “TBC Kredit” BOKT-un banklara olan borclarının həcmi azalıb.

Banker.az xəbər verir ki, “TBC Kredit BOKT” MMC 2020-ci ilin əvvəlindəki 6 milyon 875 min manatlıq borcunu ilin sonuna 3 milyon 731 min manata qədər azaltmışdır.

BOKT “Yelo Bank” ASC qarşısında 3 milyon 666 min manatını ödəməklə 2 milyon 648 min manata, bu bank qarşısında 2 milyon 916 min manatlıq borcunu isə 1 milyon 83 min manata qədər azaldıb.

“PAŞA Bank” qarşısında olan 293 min manatlıq kredit borcunu isə tam bağlayıb.

Gürcüstan bankının Azərbaycandakı törəməsi rezident banklar qarşısında olan borcları azaltdıqdan sonra Azərbaycan Mərkəzi Bankından vəsait cəlb edib. 2020-ci ildə AMB-dən 728 min manatlıq müddətli borc tələb edib. Bu faizli borcun illik ödəniş faizi 0.1% olmaqla 5 il müddətinə cəlb edilib. 1 yanvar 2021-ci il tarixinə isə AMB qarşısında borcun həcmi 594 min manata qədər azaldıb.

Hesabat dövrünün sonuna əsasən “TBC Kredit” BOKT-un öhdəlikərinin həcmi 4 milyon 870 min manat (öncəki ildə: 8 milyon 477 min manat) olmuşdur.

Son xəbərlər
Oxşar xəbərlər