BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Yaşar Yusifov Kosta oğlu İdarə Heyətinə üzv seçilib.
2024-cü ili 763.3 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2023-cü ildə cəmiyyətin xalis mənfəəti 593.6 min manat təşkil etmişdi. Bu göstərici əvvəlki illə müqayisədə 29% artım deməkdir.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.